Xəbərlər

26 aprel 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ş.M.Namazova, Tədbirlərin Təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev , Ş.Hüseynov və filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Tədbirdə ilk olaraq ulu öndərin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra ulu öndərin Azərbaycanın tarixində əvəzsiz xidmətlərini əks etdirən video – çarx təqdim edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos. X.H.Sultanlı ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində milli özünüdərkin inkişaf etdirilməsində həyata keçirdiyi uğurlu siyasətdən bəhs edib. O, vurğulayıb ki, Azərbaycan dövləti SSRİ hakimiyyəti dövründə, ümumən Qafqazda H.Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük söz sahibi olan dövlətlərdən biri kimi formalaşıb.
“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ş.M.Namazova ümummilli liderin hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinə, xalqına multikultural dəyərlərin qazanılması və qorunub saxlanılması istiqamətində olan xidmətlərindən bəhs edib. Eyni zamanda ümummilli liderin o dövrdə H. Cavidin nəşinin Azərbaycana gətirilməsi və burada dəfn olunması, M.Ə.Sabir, N. Gəncəvi , M. Füzuli kimi dühaların heykəllərinin inşa edilməsi , xalqımızın bu istiqamətdə maariflənməsi yolunda atdığı addımları vurğulayıb.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev ölkəmizin konstitusiyasının formalaşdırılması və qəbul olunması , Ana dilimizin əsas dil kimi tədris olunması sahəsində ulu öndərin rolundan danışıb. Eyni zamanda həmin dövrdə kadr çatışmazlığı kimi qlobal bir problemin məhz dahi liderin formalaşdırdığı məktəblər nəticəsində sona çatdığını, eləcə də C. Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə Azərbaycan xalqının hərbi sahəsində böyük uğurlar əldə etdiyini də qeyd edib. Tədbir tələbələr tərəfindən ünvanlanan sualların cavablandırılması ilə sona çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.