13 iyun 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Milli Qurtuluş” günü ilə əlaqədar “Azərbaycanın taleyini dəyişən zəfər tarixi ” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültə dekanı M.A,Rəhimova, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.S.Hüseynov və filialın professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tariximizə silinməz izlə yazılan “Milli Qurtuluş” gününə həsr olunmuş video-çarx tədbir iştirakçıları tərəfindən izlənilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos.X.H.Sultanlı bu günün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən bir gün olduğunu, eyni zamanda xalqımızın gələcək həyat müqəddəratını müəyyən edən və tariximizə qızıl hərflərlə yazıldığını, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev sayəsində bu uğurların əldə olunmasını xüsusi vurğulayıb. Pedaqoji fakültə dekanı M.A.Rəhimova qazanılan bütün nailiyyətlərin Ümumilli Lider Heydər Əliyevin zəngin siyasi kursunun nəticəsi olduğunu söyləyib. Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova öz çıxışında Milli məclisin 1993-cü il iyun ayının 15-də keçirilən iclasında Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Azərbaycan Dövlətçiliyinin gələcək inkişafı strategiyasının xalqımızın tarixində vacib rola malik olduğunu, həmçinin Azərbaycanın taleyini dəyişən bu zəfər tarixinin xalqımızın yaddaşına 1997-ci ildən Milli Qurtuluş günü kimi həkk olunduğunu bildirib.