Xəbərlər

20 Oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Narkomaniyaya yox deyək” və “erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı, Cəlilabad rayon Polis şöbəsinin rəisi polkovnik cənab Polad Qarayev, Cəlilabad rayon Mərkəzi xəstəxananın narkoloq həkimi Hilal Quliyev, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru , dosent X.H.Sultanlı, Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaq olduğunu vurğulayaraq, cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görməyin vacib olduğunu bildirib .Cəlilabad rayon Polis şöbəsinin rəisi polkovnik Polat Qarayev Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olduğunu bildirib. Eyni zamanda onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyük və praktiki olaraq, heç bir ölçüyə sığmadığını söyləyərək , narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər halların yaranmasına səbəb olduğunu diqqətə çatdırıb.
Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov narkomanlığa qarşı mübarizə sahəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə yerlərdə komissiyaların, digər mərkəzi icra hakimiyyəti orqanları və aidiyyəti qurumların mütəmadi olaraq keçirdikləri tədbirlərin bu ağır problemin həllinə öz töhfəsini verəcəyini bildirib .
Eyni zamanda erkən nigahdan yaranan problemlərdən də bəhs edilən görüşdə Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri son illər ictimai diqqət çəkən mövzulardan olduğu vurğulanıb. Həmçinin ,bu aspektdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparılmasının bu məsələnin həllinə ciddi töhvələrini verdiyi bildirilib . Bakı, Abşeron, Quba, Lənkəran, Cəlilabad və Ağstafa bölgələrində bu kimi tədbirlərin vacibliyi vurğulanaraq gələcək zamanda belə bir problemin cəmiyyətimizdə həll olması üçün tədbir iştirakçılarını da bu görüşlərdə aktiv olmağa dəvət edilib.
Tədbir sonunda iştirakçılarin ünvanladığı suallar geniş şəkildə cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.