28 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Dekanlıq və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “İlin ən yaxşı tələbəsi” müsabiqəsi keçirilib. Müsabiqənin final mərhələsinə 3 nəfər tələbə vəsiqə qazanıb. Sonda isə “İlin ən yaxşı tələbəsi” adına ibtidai sinif müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi İsmayılova Nərmin Şəfahət qızı layiq görülüb.
