Xəbərlər

23 may 2024-cü ildə ADPU-nun Cəlilabad filialında “Polisə Dəstək İctimai birliyi”nin “İnsan Alveri, Erkən nikahlar , İntiharlar və Məişət zorakılıqları” mövzusunda tədbiri keçirilib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, “Polisə Dəstək” İB Təşkilatının sədri Şəmsəddin Əliyev, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi VMİE, polis mayoru A.Atakişiyev, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı H. Kərimov, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı İ.Abbasov,  Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev , Ş. Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər . Tədbirdə Təşkilatın sədri Ş.Əliyev İnsan Alveri, Erkən nikahlar , İntiharlar və Məişət zorakılıqları, onları yaradan səbəblər və şərait , mövcud problemlərin aradan qaldırılması yolları mövzusundan geniş şəkildə bəhs edərək tədbir iştirakçılarını bu mövzuda maarifləndirib. Tədbir mövzu ətrafında ünvanlanan sualların mütəxəssislər tərəfindən geniş şəkildə izah olunması ilə yekunlaşıb .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.