Xəbərlər

19 dekabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialında “AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr”mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə, filialın baş müəllimləri Ş.Namazova, T.İsgəndərov, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəyini vurğulayıb.O, Akademiyanın 80 il ərzində böyük yol keçdiyini bildirərək Azərbaycanda elmin inkişafında aparıcı rol oynadığını söyləyib.
Daha sonra filialın Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi T.İsgəndərov Azərbaycan dilinin çox zəngin dil olduğunu bildirərək, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dilinin ana dili olduğunu söyləyib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova Bu gün Azərbaycanın suveren torpaqlara sahib olduğunu bildirərək ərazimizdə işğalçı qüvvələrin artıq olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.