6 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialının, Qızıl Aypara Cəmiyyəti Cəlilabad Bölməsinin, Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ekoloji aksiya keçirilib.
Tədbirdə Filialının direktoru, dosent X.H.Sultanlı, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad rayon bölməsinin sədr müavini M.Eynullayev, Tələbə Gənclər Təşkilatının sədri P. Novruzov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Aksiya çərçivəsində təbiətin qorunması və ətraf mühitin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkilib.
