Xəbərlər

17 Aprel 2025-ci ildə ADPU-nun Cəlilabad filialında “Korrupsiya riski və onun aradan qaldırılması” mövzusunda tədbir keçirilib. Tədbirdə Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova,Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, professor – müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan baş müəllim S.İsmayılova Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi ilə əlaqədar tez-tez belə tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova Korrupsiya ilə əlaqədar hüquq pozuntularının inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanlarının həyata keçirdiyini bildirib.
Tədbir tələbələrin mövzu ilə bağlı suallarının professor-müəllim heyətinin cavablandırması ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.