12 noyabr 2026-cı ildə Filialın Pedaqoji fakültə dekanlığı tərəfindən qrup nümayəndələri ilə görüş keçirilib. Görüşdə Pedaqoji fakültənin dekanı p.ü.f.d E.İsmayılova, filialın tütorları və qrup nümayəndələri iştirak edib. Görüşün əsas məqsədini tələbə-müəllim, tələbə-fakültə əməkdaşlığının gücləndirilməsi, tədris prosesinin təşkili, dərslərin keyfiyyəti, tələbələrin təlim nəticələrinin müzakirəsi, dərsə davamiyyət, filialın daxili nizam-intizam qaydalarına əməl olunması və.s kimi mövzular təşkil edib.




