Xəbərlər
Rəy yoxdu

22 may 2025-ci il tarixində ADPU –nun Cəlilabad filialında Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Elnarə Ataməli qızı İsmayılovanın “ Tələbələrdə sağlam həyat tərzinin formalaşdırılması yolları” adlı elmi seminarı təşkil edilib. Elmi seminarda kafedra müdiri ə.e Səbinə İsmayılova, kafedranın baş müəllimləri Şöhrət Namazova, Firudin Rzayev, Bəxtiyar Məhərrəmov, Musa Əmiraslanov, Ruslan Niftullayev, müəllim Rüfət Sabirli, elmi katib Nadir Babayev və tələbələr iştirak ediblər. Seminarı giriş nitqi ilə açan kafedra müdiri ə.e S.İsmayılova mövzunun günümüzün aktual məsələlərindən biri olduğunu və bu istiqamətdə tələbələrin maarifləndirilməsinə ehtiyac duyulduğunu vurğulayaraq, seminarın aktiv və diskussiya xarakterli keçməsi üçün tələbələrin də fəal iştirak etməsini təklif edib.
Baş müəllim E.İsmayılova gənc nəsilin sağlam böyüməsi və sağlam həyat tərzinə malik olması, onlara verilən təlim-tərbiyə işlərində mühüm yer tutması müasir dövrdə bu problemə böyük diqqət və önəmin verilməsi, müəllimlərin özlərinin sağlamlıq, valeologiya, sağlam həyat tərzinin mahiyyət və məzmunu haqqında geniş bilik və bacarıqlara malik olması, onları səriştəli şəkildə gənc nəsilə aşılamalarının olduqca əhəmiyyətli bir proses olduğunu qeyd edib. Gələcək müəllimlərdə bu keyfiyyətlərin olması üçün pedaqoji təhsil dövründə onların bu istiqamətdə həm nəzəri şəkildə hazırlanmaları, həm də özlərinin belə bir həyat tərzinə malik olmaları müasir dövrdə aktuallıq kəsb edən problemlərdəndir. E.İsmayılova çıxışında qeyd etdi ki, ali pedaqoji təhsil müəssisələrində tələbələrdə sağlam həyat tərzinin formalaşdırılmasına müsbət təsir və dominantlıq edən bir sıra amillərin (tədris edilən fənlərin potensial imkanları, professor-müəllim heyətinin təsiri, auditoriyadan kənar keçirilən tədbirlər, fəal həyat mövqeyi, zərərli vərdişlərin olmaması və onlardan imtina, fiziki təmrinlər, səriştəli ünsiyyət, stresləri dəf etmə bacarıqları və s. ) təhsil prosesində onların imkanlarından səmərəli istifadə edilməsi mühümdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.