29 oktyabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş şöbəsinin nəzdində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatına sədr seçilməsi məqsədilə görüş keçirilib. Görüşdə filialın Tələbə və tədrisin idarə olunması üzrə direktor müavini E.Muradlı, Tədbirlərin Təşkili və Tələbələrlə İş şöbəsinin müdiri S.A.İsmayılova, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib. Görüşdə Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinin müvəqqəti icrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III tədris ilinin tələbəsi Talıblı Jaləyə verilmişdir. Bu münasibətlə onu təbrik edir , gələcək fəaliyyətlərində uğurlar arzu edirik.




