15 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2025/2026-cı tədris ilinin başlanması ilə əlaqədar “Bilik günü” tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.V.Muradlı, müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent X.H.Sultanlı açaraq professor-müəllim heyətini, tələbələri, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Daha sonra Tədris və Elmi işlər üzrə direktor müavini E.V.Muradlı tələbələri təbrik edərək onlara uğurlar arzulayıb . Filialımızın əməkdar müəllimi İ.Bağırov, şəhid atası Əhmədağa Nəzərov, tələbələrimizin valideynləri Ə.Fərəcov, yazıçı- şair R.Abbaszadə, yeni tədris ilinin tələbələri İ.Əhmədli, S.Kazımova, A.Rzayeva, A.Bayramova öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda yüksək bal toplayan tələbələr filial direktoru, dosent X.H.Sultanlı tərəfindən hədiyyə ilə təltif olunublar .
Əhmədli İnci Kamil qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ” 584.4 bal”
Kazımova Sevda Aqil qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ” 530.9 bal “
Rzayeva Aysun Zaur Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ” 512.8 bal “
Bayramova Aysun İntiqam qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi “505 bal “




