Xəbərlər

ADPU-nun Cəlilabad filialında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Bayram tədbiri keçirilmişdir. Filialın professor-müəllim heyətinin, struktur bölmə əməkdaşlarının və müxtəlif ixtisaslar üzrə tələbələrin qatıldığı tədbirdə ADPU-nun Cəlilabad filialının tərbiyə işləri üzrə təşkilatçısı, “Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Aydın İbişov geniş nitqlə Bayram təbriki söyləyib. Bildirmişdir ki, yola salmaqda olduğumuz 2022-ci il doğma vətənimiz Azərbaycanın daha geniş inkişafını, tərəqqisini, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də uğurlarla xatırlayacağımız il olmuşdur. Xüsusilə, işğaldan azad olunan Qarabağımızın ölkəmiz üçün əhəmiyyətindən danışan natiq mədəniyyət paytaxtımızın yerləşdiyi bu füsunkar təbiətə malik tarixi yurdumuzda artıq “Xarıbülbül” festivalının keçirildiyindən, unudulmaz şairimiz Molla Pənah Vaqifin poeziya günlərinin qeyd edilməsindən, Dünya Azərbaycanlılarının Qurultayı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsindən, dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilməklə infrastruktur yenilənmələrindən, regionun sosial-iqtisadi tərəqqisindən söz açaraq sevinc dolu fikirlərini ifadə edib. Ümummilli Liderimiz Heydər Əliyev Məktəbinin bizlər üçün qoyduğu yol bütün xalqımızın gələcək uğurları üçün də parlaq işıq saçacaqdır. Bizlər bu şanlı, şərəfli istiqamətin qürurverici anlarını Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müdrik Rəhbərliyilə yaşamaqdayıq. Qoy Ulu Tanrı bu Böyük Məktəbin gələcək fəaliyyəti üçün də Azərbaycan xalqına yar və yardımçı olsun.
Son illərdə Milli Həmrəylik Günümüzün tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və qürurla qarşılandığını vurğulayan A.İbişov ölkəmizin beynəlxalq aləmdə də artan uğurlarının milli həmrəylimizin təntənəsi, Dövlət-Xalq birliyimizin təcəssümü olduğunu qeyd edib. Dövlətçilik tariximizdə və bütün Azərbaycanlıların yaddaşına əbədi olaraq qızıl hərflərlə həkk olunmuş Şanlı Zəfər milli birliyimizin keşiyində dayanan vətəndaşlarımızın igidliyi, cəsur fəaliyyətləri, peşəkarlığı və gərgin siyasi-diplomatik çalışmalarının sayəsində əldə edilmişdir. Elə bu amal və istəklə yetişməkdə olan gənc ziyalı təbəqənin – xüsusən tələbələrimizin gələcək fəaliyyətlərində uğurlar arzulayan Aydın müəllim onların hər birinə şərəfli tarixi keçmişimizi xalqımıza yenidən ərmağan edən Ölkə Rəhbərliyimiz ətrafında daimi olaraq sıx birləşməyin faydalarından bəhs etmişdir. ADPU-nun Cəlilabad filialı olaraq başda direktor, dosent Xudayar Sultanlı olmaqla Filialın bütün kollektivini təbrik edən natiq yeni ildə də onlara müvəffəqiyyətlər arzulayaraq pak Xalqımıza birlik və bərabərlik nümayiş etdirmişdir.
Şənlik iştirakçıların şən-əhval ruhiyyəsi və sevinc dolu anlarla davam etdirilib.
ADPU-nun Cəlilabad filialı olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir, Xalqımıza daima sülh, əmin-amanlıq, can sağlığı, daha bol ruzi-bərəkət arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.