Xəbərlər

25 noyabr 2025-ci ildə ADPU Cəlilabad filialında Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ələsgər Mirzəzadənin I tədris korpusunda “Qədim və Orta əsrlərdə bölgəmizdə (Azərbaycanın Cənub-şərq bölgəsi) dəfn adətləri və qəbir abidələri” mövzusunda elmi seminarı keçirilib. Elmi seminarda Filialın direktoru, dosent X.H.Sultanlı, dekan müavini, p.ü.f.d E.İsmayılova, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, filialın baş müəllimi A.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Elmi seminarda Azərbaycanın cənub-şərq bölgəsinin Qədim və Orta əsrlər dövründə tayfa və xalqların qəbir abidələrində dəfn edilmiş insanların adətləri ilə bağlı aparılmış araşdırmalardan bəhs edilib. Daha sonra akademik səviyyələrdə aparılmış arxeoloji qazıntı materiallarından və ADPU Cəlilabad filialının baş müəllimi Ə. Mirzəzadənin son ildə apardığı tədqiqatyönümlü materiallarından istifadə edilmiş və slayd-təqdimat tədbir iştirakçılarına təqdim olunub.Təqdimatda Cənub bölgəsinin müxtəlif abidələri – Əliköməktəpə, Polutəpə, Alxantəpə, Qoşatəpə, Bilgəh abidələri və digər abidələrin dəfn adətləri, o cümlədən qəbir abidələri öz əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.