25 dekabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialında “EDU Company’’ Təhsil şirkəti tərəfindən tələbələr üçün MİQ seminarı, Magistr və MİQ üzrə imtahanlar təşkil edilib.
İmtahan bitdikdən sonra həm imtahanda iştirak edən tələbələrlə, həm də filial əməkdaşlarının iştirakı ilə disskusiya xarakterli seminar təşkil olunub.
Tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, Məzun koordinasiya və karyera üzrə mütəxəssis R.Sabirli, İnsan resursları və kargüzarlıq şöbəsinin kargüzarı Z.Qocazadə, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, “EDU Company’’ Təhsil şirkəti -Neftçilər və Xalqlar filialının rəhbəri K.Məmmədrzayev, filialının rəhbər müavinləri M.Əsədli, T.Təhməzli, Neftçilər filialının magist və miq üzrə əməkdaşı H.Pirimova, MİQ üzrə kurator və kurikulum müəllimi E.Əhmədov, MİQ üzrə kurikulum müəllimi A.Məmmədova və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Seminarda fərqlənən tələbələrə qonaqlar tərəfindən müxtəlif hədiyyələr və seminar iştirakçılarına sertifikatlar təqdim olunub.




