Xəbərlər

16 mart 2026-cı ildə ADPU Cəlilabad filialında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Azərbaycanda şəhərsalma və memarlıq sənətinin bariz nümunələrinin olduğunu və daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimizin ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxladığını vurğulayıb.
Daha sonra Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan slayd təqdimatını təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.