17 oktyabr 2026-cı ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Qarabağ tur”unda ADPU Cəlilabad filialının tələbələri də iştirak edib.
Ekskursiya xarakteri daşıyan gəzintidə “Şuşa və Xankəndi” şəhərlərinin tarixi əhəmiyyətə malik olan əraziləri ziyarət olunmuşdur. Filial tələbələri əvvəlcə Şuşa şəhərində “İsa Bulağı, Şuşa Qalası, Gövhər Ağa Məscidi, Cıdır Düzü, Molla Pənah Vaqif Məqbərəsi, Bülbülün ev muzeyi, Xurşidbanu Natəvanın evi ” daha sonra isə Xankəndi şəhərində “Qarabağ Universiteti, Xankəndi Stadionu, Zəfər Parkı”nı ziyarət ediblər.




