Xəbərlər

Noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində öz işinə başlayan, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq intibah poeziyasının Xaqanı” adlı Respublika elmi-praktik konfransı öz işini noyabrın 18-i ADPU-nun Şamaxı filialında həm canlı, həm də onlayn şəkildə davam etdirib.
Belə elmi platformalar alim və tədqiqatçılar arasında elmi əməkdaşlığın genişlənməsinə, ədəbi irsimizin daha dərindən araşdırılmasına və gənc tədqiqatçıların elmi fəaliyyətə təşviqinə mühüm töhfə verir.
Konfransda Şərq ədəbiyyatının inkişafına təsirini əhatə edən maraqlı və elmi baxımdan əhəmiyyətli məruzələr təqdim olunub. Məruzələr mövzuların aktuallığı, elmi yanaşmaların rəngarəngliyi və Xaqani irsinə fərqli baxış bucaqları ilə seçilib, iştirakçılar arasında maraqlı fikir mübadiləsi və müzakirələrə zəmin yaradıb.
Bu möhtəşəm konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra xanım da öz məqaləsini təqdim edərək məruzə etmişdir.
Məqalə mövzusu: “Əfzələddin Xaqani Şirvani poeziyasında əxlaqi-fəlsəfi motivlər və şərq didaktik ədəbiyyatı ənənələri”
Tələbəmizi səmimi qəlbdən təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.