Tələbə və tədrisin idarə olunması şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Tələbə və tədrisin idarə olunması” şöbəsi 2000-ci ildən fəaliyyət göstərir. Şöbə filial daxilində və ADPU ilə daima sıx əlaqədə olmaqla yanaşı aşağıdakı işləri həyata keçirməkdədir:
– Elektron universitetlə bağlı məlumatları işləmək
– Tədris ili üçün dərs yüklərinin kafedralar üzrə bölgüsünə, təsdiq edilməsinə, yerinə yetirilməsinə nəzarət etmək
– Dərs cədvəllərinin tərtib edilməsi və dərslərin keçirilməsinə nəzarət etmək
– Cədvəl üzrə dərslərin aparılmasına, tələbələrin məşğələlərə davamiyyətinə, jurnalların düzgün doldurulmasına nəzarət etmək
-Tələbələrin qeydiyyatını aparmaq
– Tələbələrin kursdan – kursa keçirilməsi, tələbələr sırasından xaric edilməsi, akademik məzuniyyət alması haqqında təqdimat və arayış hazırlamaq
– Təhsil Nazirliyi və Respublika Dövlət Statistika Komitəsinə Rəsmi statistik hesabatının hazırlayıb direktorluğa təqdim etmək
– Imtahan sessiyalarının təşkili və imtahanların keçirilməsi işinə nəzarət etmək
– Münaqişə komissiyasının və operativ qərargahın işinə nəzarət etmək
– Tədris yüklərinin yerinə yetirilməsinə və tədris sənədlərinin düzgün doldurulmasına (tədris jurnalları) nəzarət (ixtisaslar üzrə) etmək
– Pedaqoji təcrübəyə gedən tələbələrin dəqiq siyahısının hazırlanmasında, məktəblərin müəyyənləşdirilməsində pedaqoji təcrübə rəhbərinə köməklik göstərmək
-Yekun pedaqoji təcrübə müdafiəsinə buraxılan tələbələrin və onlardan diplom alanların siyahısını tərtib etmək
-Diplomların verilməsinə nəzarət edir
–Şöbədə görülən işlərlə bağlı tədris və elmi işlər üzrə direktor müavininə yarımillik hesabat vermək
Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Əhmədova Qərənfil Qorxmaz
Pedaqoji təcrübənin rəhbəri Məhərrəmov Bəxtiyar Cümi
Şöbənin mütəxəssisi Rzayeva Aysel Fərhad
Tələbələrin qeydiyyatı və sənədlərlə iş üzrə mütəxəssis Niftullayev Ruslan Namiq
Məzun koordinasiya və karyera üzrə mütəxəssis Mirzəyeva Günel Nəhmət

