Xəbərlər

Vətən tariximizə Şanlı Zəfər səhifəsini öz qanıyla həkk edən igid övladlarımızdan biri də Şəhid Əkbər Azər oğlu Hüseynlidir. O, 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. H.Əliyev adına 1 nömrəli tam orta məktəbini bitirən Əkbər Hüseynli təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirirdi.

O, vətənin dar günündə təhsilini yarımçıq qoyub könüllü olaraq 15 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, Vətən Müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub. Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib. Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, işğal altında olan torpaqların alınmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Əkbər Hüseynli 17 dekabr 2020-ci ildə doğulduğu Alar kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Əkbər Hüseynli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xalqımızın cəsur övladı, Şəhid Əkbər Azər oğlu Hüseynlinin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.