05 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi” münasibətilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib. Seminarda filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri, Y.Dadaşlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Keyfiyyətin təminatı şöbəsinin müdiri D.Əliyeva, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, kafedranın baş müəllimləri T.İsgəndərov, A.İbişov, X.Talıbova və filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Elmi seminarda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndərin və vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Seminarı giriş sözü ilə filialın direktoru dos. X.H.Sultanlı açaraq Ümummilli liderin təkcə Azərbaycan dilinə qayğı göstərməklə kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı dərinləşdirmək üçün çox işlər gördüyünü vurğulayıb.
Kafedra müdiri, dosent Y.Dadaşlı çıxışında ulu öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin dünyanın ən qədim dillərindən biri olduğunu sübuta yetirdiyini vurğulayıb.
Daha sonra Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin hazırladığı Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dili və mədəniyyəti” sahəsində olan rolunu əks etdirən videoçarx izlənilib.
Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müəllimi R.Muradova öz çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşaması və inkişaf etdirilməsində Heydər Əliyevin mühim xidmətlərinin olduğunu vurğulayıb.
Seminarda filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri S.Ağayeva, X.Fərziyeva, R.Cəfərli, A.Muradova məruzə və şeir ifaları ilə çıxış ediblər.