Xəbərlər

26 Fevral 2025- ci ildə ADPU-nun Cəlilabad filialında ”Xocalı Soyqırımı”na həsr olunan “Qan yaddaşımız” adlı tədbir keçirilib. Tədbirdə filialın elmi katibi N.Babayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova tədbiri açıq elan edərək sözü Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadəyə verib. O, “Xocalı Soyqırımı” zamanı xalqımızın başına gətirilən müsibətlərdən tədbir iştirakçılarına bəhs edib.
Filialın elmi katibi N.Babayev erməni qəsbkarlarının illərlə xalqımıza düşmənçilik siyasəti aparmaqlarından danışıb.
Tədbirin davamında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi A.Muradova, eyni ixtisasın II tədris ilinin tələbəsi L.Fətəliyeva şeir ifası ilə çıxış ediblər.Sonda “Xocalı soyqırımı”na həsr olunan video-çarx izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.