19 may 2025-ci ildə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, eləcə də Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 80 illik yubileyi ilə əlaqədar “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” məqsədilə ADPU-nun Cəlilabad filialı və H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən, c.ü.f.d.,dosent Z.İmrani, struktur-bölmə rəhbərləri, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə a.e.ü.f.d., Çingiz Gülalıyevin “Cəlilabad rayonunun torpaq resursu və ondan istifadə imkanları”, c.ü.f.d.,dosent, Səidə Zeynalovanın “Cənub bölgəsinin regional planlaşdırılması kontekstində “Cəlilabad və Lənkəran rayonlarının geoekoloji potensialı”, e.ü.f.d., dosent İsmayıl Quluyevin “Qlobal səhralaşma fonunda Cəlilabad rayonunun torpaq örtüyünün müasir vəziyyəti və qiymətləndirilməsi”, c.ü.f.d., dosent Etibar Bədəlovun “Lənkəran-Astara iqtisadi rayonunda şəhər əhalisinin
demoqrafik inkişaf xüsusiyyətləri”, c.ü.f.d. Natiq Babayevin “Şərqi Zəngəzur oronimlərinin nominativ təsnifatı”, ADPU-nun Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadənin “ Cəlilabad qədim abidələr yurdudur” mövzularında məruzə çıxışları iştirakçılar tərəfindən dinlənilib.
