Xəbərlər

13 iyun 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının yaradılmasının 25 illiyi və “Milli Qurtuluş günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur bölmə əməkdaşları və rəhbərləri, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Ulu Öndərin və Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərin olduğunu vurğulayaraq bu günlərdən birinin də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün olduğunu bildirib.Eyni zamanda Filialın 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edən X.H.Sultanlı Filialın 13 iyun 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin 349 saylı fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradıldığını vurğulayıb. Daha sonra Filialımızın regionda olmasına baxmayaraq son dövrlərdə yüksək bal toplayan tələbələrin seçim ünvanı olduğunu tədbir iştirakçılarına söyləyib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi F.Mürsəlli öz çıxışında qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayandığını bildirib.
Tədbirin sonunda tariximizə silinməz izlə yazılan “Milli Qurtuluş günü”nə həsr olunmuş video-çarx iştirakçılar tərəfindən izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.