ADPU-nun Cəlilabad filialının və Lənkəran – Astara Regional Gənclər İdman İdarəsinin Cəlilabad rayon üzrə Gənclər İdman Sektoru birgə təşkilatçılığı ilə ” Müstəqilliyin bərpası günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir 17 oktyabr 2025-ci ildə Filialın I tədris binasında keçirilib. Tədbirdə Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, Lənkəran – Astara Regional Gənclər İdman İdarəsinin Cəlilabad rayon üzrə Gənclər İdman sektorunun baş məsləhətçisi S.Nəcəfov, Dini qurumlarla İş üzrə Dövlət komitəsinin Masallı rayon bölməsinin baş məsləhətçiləri H.Hümbətov, C.Rəşidov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçıları çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayıblar. Tədbirin davamında Filialımızın tələbələri Z.Kəlbiyeva, F.Əliyeva, F.Mirzəyeva, G.Məmmədli öz çıxışlarını ediblər. Sonda isə “Müstəqilliyin bərpası günü”nə həsr olunan video-çarx tədbir iştirakçılarına təqdim olunub.
