Xəbərlər

17 noyabr 2025-ci il tarixində ADPU Cəlilabad filialında Milli Dirçəliş Günü münasibətilə ümumfilial tədbiri keçirilib. Tədbirdə filialın direktoru dosent, X.H.Sultanlı, tədris və elmi işlər üzrə direktor müavini, c.ü.f.d E.V.Muradlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri, baş müəllim S.A.İsmayılova, elmi katib N.K.Babayev və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Filial direktoru, dosent X.H.Sultanlı xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını, tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsaslarının əslində ötən əsrin 60-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başladığını vurğulayıb. Filialın elmi katibi N.K.Babayev çıxışında qeyd etmişdir: “Xalqa sağlam ruh və özünü dərk gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi baza təxminən 20 il sonra Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı oldu”. Tədbirdə filial tələbələrindən Quliyeva Zəhra, Kəlbiyeva Zəhra, Məmmədova Aysel, Məmmədli Gülay, Mirzəyeva Firuzə, Almərdanova Nişanə şeir ifaları və təqdimatları ilə tədbirin gedişinə xüsusi abu hava qatıblar. Tədbirin sonunda filialın ictimai-siyasi həyatında fərqlənən və xüsusi aktivlikləri ilə seçilən bəzi tələbələr – Bayramlı Ləman, Əliyeva Zeynəb, Qəhrəmanova Aynur “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə fəxri fərmanla təltif ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.