Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Fakültə Elmi Şurası”nın iclası keçirilib.

06.04.2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Fakültə Elmi Şurası”nın iclası keçirilib. İclasda Fakültə Elmi Şurasının sədri, pedaqoji fakültənin dekanı M.A.Rəhimova, müxtəlif struktur bölmənin əməkdaşları və professor-müəllim heyəti iştirak ediblər . Şurada 2023/2024-cü tədris ilinin II yarısında tədris prosesinin vəziyyəti , 2023/2024-cü tədris ilinin II yarısında keçirilən təcrübənin cari vəziyyəti, qarşıda duran vəzifələr haqqında geniş müzakirələr aparılıb və təhlil olunub.

Xəbərlər

“31 Mart Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar tədbir keçirilib.

29 mart 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “31 Mart Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova öz çıxışında 31 Mart Soyqırımı zamanı xarici qüvvələrin ermənilərə dəstəyi ilə Bakı və regionlarda törədilən cinayətlərdən danışaraq S.Şaumyanın rəhbərlik etdiyi dövrdə 1918-ci ilin mart qırğınının genişlənməsi, daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə geniş məlumat verib. Daha sonra Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi S.Səfərova şeir nümunəsi ilə çıxış edib. Şeir ifasından sonra 31 Mart Soyqırımının vəhşiliklərini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

Xəbərlər

Cəlilabadda “Novruz bayramı” münasibətilə keçirilən ümumxalq şənliyində ADPU Cəlilabad filialının kollektivi də iştirak edib

Cəlilabadda Novruz bayramı münasibətilə ümumxalq şənliyində ADPU Cəlilabad filialının kollektivi də iştirak edib
Martın 18-i 2024-cü ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Seyrəngahında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Bayram şənliyində ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti , müxtəlif struktur bölmələrin əməkdaşları və tələbələr də iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla tanış olublar.
Ümumrayon şənliyində dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.
Tədbir rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti ilə davam etdirilib.

Xəbərlər

“8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunan “Cənnət Mələyim” adlı ümumfilial tədbiri keçirilib .

Rəy yoxdu

7 Mart 2024- cü il tarixində ADPU-nun Cəlilabad filialında “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunan “Cənnət Mələyim” adlı ümumfilial tədbiri keçirilib . Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültə dekanı M.A.Rəhimova, professor-müəllim heyəti, müxtəlif struktur bölmənin əməkdaşları, fərqli ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə dəyərli xanımları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib.
Daha sonra filial tələbələrinin hazırladıqları səhnələr: Məktəbəqədər təhsil ixtisasının I tədris ilinin tələbəsi Nağıyeva Fatimənin “Şəhid anaları”na həsr olunan musiqi ifası, Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Şən Hazırcavablar klubu”nun üzvlərinin: Z.Feyziyeva, A.Qurbanov, N.İsmayılov, M.Məmmədova, S.Səfərova iştirakı ilə “8 Mart Hədiyyəsi” adlı səhnəcik, R.Feyziyevin gitara çıxışı, filialın məzunu A.Əsədovun piano ifası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə filialın bir sıra qadın əməkdaşları və tələbələri Filial rəhbərliyi tərəfindən “Fəxri Fərmanla “ təltif olunub.

Xəbərlər

Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunan ” Cənnət mələyim ” adlı şeir müsabiqəsi keçirilib

Rəy yoxdu

6 Mart 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunan ” Cənnət mələyim ” adlı şeir müsabiqəsi keçirilib . Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənilərək qiymətləndirilib. Nəticələrə əsasən ilk 3 yerin sahibləri, fərqləndirmə və həvəsləndirmə ilə təltif olunan tələbələrin siyahısını nəzərinizə çatdırırıq.
I yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Ağaverdiyeva Ceyhunə Hafiz qızı
II yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Səfərova Səbinə Oktay qızı
III yer – İbtidai sinif müəllimliyi ixtisasının IV tədris tələbəsi Feyziyeva Zəhra Salman qızı , Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Muradova Aytən Cavid qızı
Fərqləndirmə – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Nuraliyeva Təbərrik Etibar qızı
Həvəsləndirmə – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Kərimova Nərmiyyə İsa qızı
Həvəsləndirmə – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Əlizadə Nihad Himayət oğlu

Qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Elanlar

Rəy yoxdu

ADPU- nun Cəlilabad filialının Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin təşkilatçılığı və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Art Klubunun dəstəyi ilə Novruz Bayramına özəl olaraq Xonça Müsabiqəsi keçiriləcəkdir. Qalib olmuş qruplar Rəhbərlik tərəfindən sertifikatla təltif olunacaq.

ℹ️ 🆘Qeyd: Bütün qruplar İştirak edə bilər.
Xonça müəyyən bir İdeyanı özündə əks etdirməlidir.

🆘 *Qeydiyyat tarixi: 4-8 mart*

📆 14.03.2024
🕒 11:00
📍ADPU Cəlilabad filialı

Əlavə məlumat və Qeydiyyat üçün: +994 514538451
• Tədbirlərin Təşkili və Tələbələrlə iş şöbəsinin mütəxəssisi

Xəbərlər

ADPU-nun Cəlilabad filialında ” Xocalı Soyqırımı”na həsr olunan tədbir keçirilib.

26 Fevral 2024- cü il tarixində ADPU-nun Cəlilabad filialında ” Xocalı Soyqırımı”na həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Cəlilabad rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, aparıcı məsləhətçi Azər İbişov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.S.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimləri F.Rzayev, F.Mürsəlli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra filialın direktoru dosent X.H.Sultanlı çıxış edərək “Xocalı Soyqırımı” zamanı xalqımızın başına gətirilən müsibətlərdən bəhs edib.
Eyni zamanda Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli, Cəlilabad rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi, S.Nəcəfov da öz çıxışları zamanı erməni vandalizminin illərlə xalqımıza düşmənçilik siyasəti aprmaqlarından bəhs edərək məhz “Xocalı soyqırımı”nın da buna sübut olduğunu vurğulayıblar.
Çıxışlardan sonra bu kədərli günə həsr olunan video-çarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin sonunda filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri C Ağaverdiyeva , S.Səfərova, L.Süleymanlının şeir ifadələri tədbir iştirakçıları tərəfindən dinlənilib.

Xəbərlər

“Proqram akkreditasiyası”nın növbəti iclası keçirilib

23 .02.2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Proqram akkreditasiyası”nın növbəti iclası keçirilib. Təşkilat komissiyasının sədri, pedaqoji fakültənin dekanı M.A.Rəhimova və komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda özüntəhlil hesabatının yekununun müzakirəsi və qarşıda duran məsələlər geniş şəkildə təhlil olunub.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında 2023/2024-cü tədris ili üzrə “Pedaqoji internatura”nın başlanması ilə əlaqədar açılış konfransı keçirilib.

16 fevral 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında 2023/2024-cü tədris ili üzrə “Pedaqoji internatura”nın başlanması ilə əlaqədar açılış konfransı keçirilib. Konfransda filialın direktoru dosent X.H.Sultanlı, pedaqoji təcrübə rəhbəri B.C.Məhərrəmov, Təbiət və sosial elmlər , onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı , professor-müəllim heyəti, müxtəlif struktur bölmənin əməkdaşları və cari ilin buraxılış qrup tələbələri iştirak ediblər.
Konfransı giriş nitqi ilə filialın direktoru dosent X.H.Sultanlı açaraq pedaqoji təcrübənin buraxılış qrupu tələbələrinin fəaliyyətlərində mühim rol oynadığını qeyd edərək onlara bu məsuliyyətli yolda uğurlar arzu edib. Daha sonra pedaqoji təcrübə rəhbəri B.C.Məhərrəmov cari ilin buraxılış qruplarının pedaqoji internatura ilə bağlı tələbələrin fəaliyyət göstərəcəyi müəssisələr haqqında ətraflı məlumat verib, daha sonra isə onları maraqlandıran sualları cavablandırıb.
Filialın professor-müəllim heyəti də tələbələrin pedaqoji fəaliyyətə atılan ilk addım sayılan təcrübənin əhəmiyyətindən bəhs edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbərlər

“ADPU Həmkarlar İttifaqı Komitəsinin Cəlilabad filialı üzrə 5 illik hesabat seçki yığıncağı” keçirilib.

15 fevral 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “ADPU Həmkarlar İttifaqı Komitəsinin Cəlilabad filialı üzrə 5 illik hesabat seçki yığıncağı” keçirilib.
Tədbirdə ADPU-nun Həmkarlar ittifaqı komitəsinin sədri Vaqif Kamil oğlu Əliyev , komitənin sədr müavini Hüseyn Cavad oğlu Hacıyev, Filialın direktoru, dosent X.H.Sultanlı, müxtəlif struktur bölmənin əməkdaşları, professor-müəllim heyəti iştirak ediblər.Tədbirdə ilk olaraq ADPU-nun Cəlilabad filialı üzrə HİK sədri Şahin Cəbrayılov çıxış edərək tədbiri açıq elan edib.Sonra isə iclasın sədri ADPU-nun HİK sədr müavini H.Hacıyev hesabat üçün sözü Ş.Cəbrayılova verib və onun hesabatı tədbir iştirakçıları tərəfindən dinlənilib. Hesabat ətrafında N.Babayev, İ.Bağırov, T.İsgəndərov, A.İbişov, H.Hüseynov çıxışlar edərək hesabatın qənaətbəxş olduğunu bildiriblər . Daha sonra ADPU-nun Cəlilabad filialı HİK üzrə sədrin seçilməsi üçün yeni tərkib müəyyən olunub. Həmən tərkibə əsasən Ş.Cəbrayılov Cəlilabad filialı üzrə HİK sədri seçilib. Tədbirin yekununda ADPU-nun HİK Komitəsinin sədri V.Əliyev , filialın direktoru dosent X.H.Sultanlı və pedaqoji müəllim heyəti Cəlilabad filialında fəaliyət göstərəcək olan Həmkarlar ittifaqı komitəsinə fəaliyyətlərində uğurlar arzu ediblər .