Xəbərlər

.

ADPU Cəlilabad filialının Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, Keyfiyyətin təminatı şöbəsinin müdiri D.Əliyeva ADA Universitetində təşkil olunan “Ali Təhsilin İnkişafı- Keyfiyyət Təminatı, proqramların hazırlanması və İnnovasiya” mövzusunda konfransda iştirak ediblər.

Xəbərlər

“Beynəlxaq Müəllimlər günü” nə həsr olunan tədbir keçirilib.

5 Oktyabr 2026 – cı il tarixində ADPU-nun Cəlilabad filialında “Beynəlxaq Müəllimlər günü” nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, struktur bölmə rəhbərləri və əməkdaşları , filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, müəllimliyin dünyada ən çətin, eyni zamanda ən şərəfli və müqəddəs peşə olduğunu vurğulayaraq, ölkəmizin qazandığı hər bir uğurun, yetişən hər bir mütəxəssisin – həkimin, mühəndisin, əsgərin arxasında məhz müəllim əməyinin dayandığını bildirib.
Tədbirin davamında filialın tələbələri J.Quliyeva, D.Bayramova, M.Hüseynzadə öz çıxışlarını ediblər.
Daha sonra “Müəllimlər Günü”nə həsr olunan video-çarx izlənilib.
Tədbirin sonunda Filialın əməkdar müəllimləri direktor, dos X.H.Sultanlı tərəfindən “Fəxri Fərman”la təltif olunublar.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir.

5 oktyabr 2026-cı ildə ADPU-nun Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Təhsil Tələbə Krediti Fondunun maliyyə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi MirŞahin Abdullayev, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Maliyyə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi MirŞahin Abdullayev Təhsil Tələbə Krediti haqqında tələbələrə geniş məlumatlar təqdim edib və TTKF-dan istifadə etmə qaydaları və müraciətin necə olunması barədə izahlar verib. Sonda isə tələbələrin suallarının cavablandırılması ilə tədbir yekunlaşıb .

Xəbərlər

Сəlilabadda Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun ailəsi ziyarət edilib.

Сəlilabadda Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun ailəsi ziyarət edilib.
Sentyabrın 29-da ADPU Cəlilabad filialının və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, ikinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun ailəsi ziyarət edilib.
Ziyarətdə rayon gənclər və idman sektorunun əməkdaşları, ADPU-nun Cəlilabad filialının rəhbər heyəti və tələbə gənclər iştirak ediblər.
Qeyd edək ki, Şəhidimizin bacısı A.Fərəcova ADPU Cəlilabad filialının V tədris ilinin tələbəsidir.

Xəbərlər

ADPU Cəlilabad filialının Pedaqogika müəllimi Amalya Quliyeva Sumqayıt Muğam mərkəzində təşkil olunan Azərbaycan-Qırğızıstan Beynəlxalq Genesis Forumunda iştirak edib.

26.09.2026-cı ildə ADPU Cəlilabad filialının Dil- ədəbiyyat və pedoqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının Pedaqogika müəllimi Amalya Quliyeva Sumqayıt Muğam mərkəzində təşkil olunan Azərbaycan-Qırğızıstan Beynəlxalq Genesis Forumunda iştirak edərək ”Sertifikat”la təltif olunub.
Mövzu ”Pedaqoji fəaliyyətdə yeniyetmə və gənclərə mənəvi-psixoloji dəstək”

Xəbərlər

ADPU Cəlilabad filialında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib.

26 sentyabr 2026-cı ildə ADPU Cəlilabad filialında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib.
Tədbirdə ADPU Cəlilabad filialının direktoru, dos. X.H.Sultanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova, Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Elm və Təhsil Nazirliyi sektor müdiri Hilal Salmanov, Qərbi Azərbaycan İcmasının üzvü, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, p.e.ü.f.d, dos. Dəyanət Musayev, Prezident kitabxanasının direktoru, f.e.d, prof. Afət Abbasova, Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Məmmədov, f.ü.f.d, dos. şair-publisist Şərəf Cəlilli, ADPU Müasir Azərbaycan dili kafedrasını müdiri, f.e.d, dos. Könül Səmədova, ADPU filologiya fakültəsinin dekanı, f.ü.f.d, dos. Könül Həsənova, filialın professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı ilk növbədə gələn qonaqları salamlayaraq bugünkü tədbirin çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb və filialın tarixi barədə tədbir iştirakçılarına geniş məlumat təqdim edib.
Daha sonra söz ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova təqdim edilib. O, öz çıxışında Qərbi Azərbaycanın tarixi yaddaşımızı əks etdirən maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə ətraflı məlumat verib.
Tədbirin davamında Elm və Təhsil Nazirliyi əməkdaşı, Rövşən Ağayev, Şair-publisist Şərəf Cəlilli, Prezident kitabxanasının direktoru Afət Abbasova mövzu ətrafında çıxış ediblər.
Daha sonra filialın Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri, A. İbişov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, t.e.d, dos. V.Mahmudova, filialın tələbələri, Şəhid kapitan Rəşad Abdullayevin bacısı A. Fərəcova, I.Cabbarov, X.Əliyev, M.Hüseynzadə mövzu ətrafında çıxışlar edərək öz suallarını ünvanlayıblar.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin Qərbi Azərbaycanın tarixi və mədəni irsi barəsində məlumatların genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub. Tədbir tələbələrin suallarının cavablandırılması, qarşılıqlı disskusiya xarakterli davam edib.
ADPU Calilabad filialında “Qərbi Azərbaycan Mərkəzinin yaradılması barədə tədbir rəsmiləri ilə razılığa gəlinib.
Tədbir sonunda Filial rəhbərliyi tərəfindən gələn qonaqlara Təşəkkürnamə” və gül dəstəsi təqdim olunub.

Xəbərlər

21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində “Beynəlxalq Sülh Günü”nə həsr olunan tədbir keçirilib.

18 sentyabr 2026-cı ildə ADPU Cəlilabad filialında 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində “Beynəlxalq Sülh Günü”nə həsr olunan tədbir keçirilib.Tədbirdə Tədris və Elmi İşlər üzrə direktor müavini, c.ü.f.d E.Muradlı, Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, baş müəllim A.Səlimzadə, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tədris və Elmi İşlər üzrə direkor müavini, c.ü.f.d E.Muradlı, Tədbirin keçirilməsində əsas məqsədin sülhün bəşəriyyət üçün əhəmiyyətini diqqətə çatdırılması, cəmiyyətdə sülh və həmrəylik ideyalarının təşviqi, insanlar və xalqlar arasında qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə vermək olduğunu bildirib.Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova “Sülh aylığı” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin sülh və tolerantlıq dəyərlərinin təbliğinə, cəmiyyətdə həmrəylik, qarşılıqlı anlaşma və sosial məsuliyyət hissinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Daha sonra filialın tələbələri S.Fərəcli, L.İbadova Beynəlxalq Sülh Günü ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda “Sülh aylığına həsr olunan video-çarx izlənilib.

Xəbərlər

ADPU Cəlilabad filialında “Dövlət Suverenlik günü”nə həsr olunan tədbir keçirilib.

18 sentyabr 2026-cı il tarixində ADPU Cəlilabad filialında “Dövlət Suverenlik günü”nə həsr olunan tədbir keçirilib.Tədbirdə Tədris və Elmi İşlər üzrə direktor müavini, c.ü.f.d E.Muradlı, Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə miras qoymaq üçün həyatını bu yola həsr etdiyini vurğulayıb. Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini vurğulayıb.
Tədbirin davamında Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, ən çətin dönəmlərdə belə Ulu Öndərin Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiyini bildirib.
Daha sonra filialın tələbələri İ.Əhmədli, M.Rüqəyya Dövlət Suverenlik günü ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Xəbərlər

ADPU Cəlilabad filialında 2026/2027-ci tədris ilinin başlanması ilə əlaqədar I tədris ilinin tələbələri ilə oriyentasiya görüşü keçirilib.

16-17 sentyabr 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2026/2027-ci tədris ilinin başlanması ilə əlaqədar I tədris ilinin tələbələri ilə oriyentasiya görüşü keçirilib. Görüşdə Pedaqoji fakültənin dekanı E.İsmayılova, Filialın tütorları N.Qasımov, A.Qasımova, S.Ağayeva, F.Əzimov, R.Nəsirov, struktur bölmə rəhbərləri və əməkdaşları, Filialın I tədris ilinin tələbələri iştirak edib. 16 sentyabr tarixində I tədris binasında Aqronomluq və Məktəbəqədər təhsil ixtisasının tələbələri ilə, 17 sentyabr tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, daha sonra Filialın II tədris binasında Tarix və coğrafiya müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri ilə görüşlər baş tutub. Görüşdə filialın yaranma tarixi, ixtisaslar, 2026/2027-ci tədris ilində qəbul olunan tələbə statistikası, hər bir tələbənin bilməli olduğu zəruri terminlər barədə ətraflı məlumat verilib. Daha sonra Filialın elmi potensialı, qarşıya qoyulan hədəflər, təqaüdün təyin edilməsi, təqaüd balları, təhsil haqlarının ödənilmə qaydaları, universitetdən xaric edilmə halları, eləcə də tədris prosesində davranış qaydaları haqqında tələbələr maarifləndirib.Sonda isə filial əməkdaşları tərəfindən tələbələrin sualları cavablandırılıb.