Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbər heyətinin filiala rəsmi səfəri baş tutub.

31 yanvar 2025- ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov , Ümumi işlər üzrə prorektoru Tural Cəlilov , Rektorun müşaviri Ümid Mehdiyevin filiala rəsmi səfəri baş tutub .
Səfər zamanı filialın tədris korpusunun qəzalı vəziyyəti ilə bağlı binaya baxış keçirilib, ayrı-ayrı qruplarla imtahan prosesi müşahidə olunub və tələbələri maraqlandıran suallara cavab verilib. Sonra isə filialın II tədris korpusuna səfər olunub. Filialın müxtəlif struktur bölmələrinin əməkdaşları ilə görüş keçirilib, iş prosesi müzakirə olunub və lazımi tövsiyyələr verilib .
Daha sonra filial kollektivi ilə ümumi iclas keçirib . İclasda filialın direktoru, dosent X.H.Sultanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov , Ümumi işlər üzrə prorektor Tural Cəlilov , Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri Ümid Mehdiyev , filialın İnzibati və təsərrüfat işləri üzrə direktor müavini A.Ağahüseynov, Pedaqoji fakültənin dekanı M.Rəhimova, struktur bölmələrin rəhbərləri və əməkdaşları, professor müəllim heyəti iştirak edib .
İclasda filialın direktoru, dosent X.H.Sultanlı çıxış edərək filialda görülən işlər, filialın inkişaf dinamikası , qarşıda duran vəzifələr barədə qonaqlara və filial əməkdaşlarına məlumat verib .
ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov öz çıxışında filialın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə filialın 3 müəllimi – Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Şöhrət Namazova, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Mahmudağa Qasımov, İltifat Bağırov “Yubiley medalı” ilə təltif edilib .
Daha sonra Fakültə dekanı M.Rəhimova çıxış edərək təltif olunan əməkdar müəllimləri təbrik edib, ADPU rəhbərliyinin filiala göstərdiyi diqqət və qayğıya görə onlara öz təşəkkürünü bildirib. Səfər əməkdaşlarla xatirə şəkilinin çəkilməsi ilə yekunlaşıb .

Xəbərlər

” 20 Yanvar – Ümumxalq Hüzn Günü” ”nə həsr olunan tədbir

17 Yanvar 2025-cü il tarixində ADPU-nun Cəlilabad filialında ” 20 Yanvar – Ümumxalq Hüzn Günü” ”nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri və əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra filialın direktoru dosent X.H.Sultanlı çıxış edərək “20 Yanvar” hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən bəhs edib.
Eyni zamanda Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə Qanlı Yanvarla bağlı tarixi faktları tədbir iştirakçıları ilə bölüşüb.

Xəbərlər

ADPU Cəlilabad filialında payız semestrinin imtahan sessiyasına 2024-cü ilin dekabr ayının 29-dan etibarən start verilib.

Yanvarın 9-da Filialın direktoru, dosent X.H.Sultanlı və Pedaqoji fakültənin dekanı M.Rəhimova imtahan prosesinin gedişi ilə tanış olmaq məqsədilə auditoriyalarda olublar.
ADPU Cəlilabad filialında imtahan sessiyası prosesinin effektiv təşkili və tələbələrin rahatlığının təmin edilməsi məqsədilə imtahanlar I tədris korpusunda təşkil edilir. İmtahanlar 09:00, 11:30 və 14:15-də olmaqla 3 növbədə təşkil edilir. İmtahanlar əsasən yazılı formada keçirilir. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında tələbələrin müraciətin və fənnin praktik yönümlü olmasın nəzərə alaraq 4 fənnin imtahanı şifahi formada aparılır.
Payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək neqativ hallarla bağlı şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahan qiymətlərinin elan olunmasından sonra növbəti 1 gün ərzində İmtahan Qərargahına müraciət edə bilərlər. Şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə könüllü tələbələrdən ibarət müşahidə qrupu yaradılmışdır. Eləcə də ictimaiyyət nümayəndələri üçün sessiya prosesinin müşahidəsi üçün şərait yaradılır.
İmtahan sessiyasının mövcud qaydalara əsasən təşkili və keçirilməsi üçün Filial bütün potensial imkanlarından istifadə edir.

Xəbərlər

Allah rəhmət eləsin !

ADPU Cəlilabad filialının rəhbərliyi və professor-müəllim heyəti adından Bakı-Qroznı istiqamətində hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik!

Xəbərlər

ADPU Cəlilabad filialında “Pedaqoji prosesin didaktik əsaslar aspektində təşkili” mövzusunda elmi seminar keçirilib.

24 dekabr 2024-cü ildə ADPU Cəlilabad filialında Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi İsmayılova Səbinənin I tədris korpusunda “Pedaqoji prosesin didaktik əsaslar aspektində təşkili” mövzusunda elmi seminarı keçirilmişdir. Elmi seminarda Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.Muradlı, filialın elmi katibi N.Babayev, filialın baş müəllimləri B.Məhərrəmov, T.İsgəndərov, R.Niftullayev və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Elmi seminarda ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra, elmi seminarda baş müəllimə S.İsmayılova təhsil sektorunda keyfiyyət məsələsinin ən aktual problemlərdən biri olduğunu vurğulayaraq, təhsilin keyfiyyətli olmasının bir sıra şərtlər daxilində mümkün olduğunu bildirib.

Xəbərlər

19 dekabr 2024 –cü ildə ADPU Cəlilabad filialında “Məhəmməd Füzulinin 530 illik yubileyi” münasibətilə tədbir keçirilib.

19 dekabr 2024 –cü ildə ADPU Cəlilabad filialında “Məhəmməd Füzulinin 530 illik yubileyi” münasibətilə tədbir keçirilib.
Tədbirdə Pedaqoji fakültənin dekanı M.Rəhimova, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı, Elmi katib N.Babayev, Keyfiyyətin təminatı şöbəsinin müdiri D.Əliyeva, professor M.Allahmanov, filialın baş müəllimləri A.İbişov, M.Qasımov, T.İsgəndərov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə professor M.Allahmanov, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı, Pedaqoji fakültənin dekanı M.Rəhimova , filialın elmi katibi N.Babayev, filialın baş müəllimləri A.İbişov, M.Qasımov Məhəmməd Füzulinin həyat və yaradıcılıqlarına istinad edərək filosofa aid bir sıra qəzəl və qitə nümunələrini səsləndiriblər.
Daha sonra filialın tələbələri A.Muradova, R.tağıyev, M.Cəfərov, L.Quliyeva, P.Həmidova, S.Səbinə, Z.Hüseynzadə Məhəmməd Füzuli yaradıcılığına aid şeir nümunələri səsləndiriblər.

Xəbərlər

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən Regionda “Həmrəylik Festivalları” keçirilib. Festivalda ADPU- nun Cəlilabad filialı da iştirak edib.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən Regionda “Həmrəylik Festivalları” keçirilib. Festivalda ADPU- nun Cəlilabad filialı da iştirak edib.
İlk festival 17 dekabr saat 11:00-da Cəlilabad rayonunun Heydər Əliyev Seyrəngahında baş tutub.
Cəlilabad gənclərinin və idmançılarının “Həmrəylik Festivalı” adlı ümumrayon tədbirində rayonda fəaliyyət göstərən dövlət qurumları, gənclər təşkilatları, ictimai birliklər, idman ictimaiyyətinin nümayəndələri və digər təşkilatlar öz sərgiləri ilə çıxış edib. Eyni zamanda festivalda ADPU- nun Cəlilabad filialı da iştirak edib. Festivalda filial tələbələrinin hazırladıqları müxtəlif maket və rəsmlər təqdim olunub.
Festival 24 dekabr tarixinə qədər ayrı-ayrı rayonlarda davam edəcək.

Xəbərlər

ADPU Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin “Anım Günü”nə həsr olunan tədbir keçirilib.

12 dekabr 2024-cü il tarixində ADPU Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin “Anım Günü”nə həsr olunan tədbir keçirilib. Tədbirdə Filialın elmi katibi N.Babayev, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, F.Mürsəlli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, mütəxəssis Ş.Hüseynov, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova Ulu öndərə həsr edilmiş silsilə tədbirlərin hər zaman davam edəcəyini vurğulayıb. Daha sonra Filialın Elmi katibi N.Babayev, baş müəllim F.Mürsəlli müstəqil Azərbaycanın bütün sferalarda olan uğurunun dahi liderin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu bildiriblər.
Daha sonra İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi G.Məmmədli, Məktəbəqədər təhsil ixtisasının I tədris ilinin tələbəsi R.Mirqiyaszadə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını III tədris ilinin tələbəsi A.Muradova çıxış ediblər.