Xəbərlər

16-17 sentyabr 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2026/2027-ci tədris ilinin başlanması ilə əlaqədar I tədris ilinin tələbələri ilə oriyentasiya görüşü keçirilib. Görüşdə Pedaqoji fakültənin dekanı E.İsmayılova, Filialın tütorları N.Qasımov, A.Qasımova, S.Ağayeva, F.Əzimov, R.Nəsirov, struktur bölmə rəhbərləri və əməkdaşları, Filialın I tədris ilinin tələbələri iştirak edib. 16 sentyabr tarixində I tədris binasında Aqronomluq və Məktəbəqədər təhsil ixtisasının tələbələri ilə, 17 sentyabr tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, daha sonra Filialın II tədris binasında Tarix və coğrafiya müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri ilə görüşlər baş tutub. Görüşdə filialın yaranma tarixi, ixtisaslar, 2026/2027-ci tədris ilində qəbul olunan tələbə statistikası, hər bir tələbənin bilməli olduğu zəruri terminlər barədə ətraflı məlumat verilib. Daha sonra Filialın elmi potensialı, qarşıya qoyulan hədəflər, təqaüdün təyin edilməsi, təqaüd balları, təhsil haqlarının ödənilmə qaydaları, universitetdən xaric edilmə halları, eləcə də tədris prosesində davranış qaydaları haqqında tələbələr maarifləndirib.Sonda isə filial əməkdaşları tərəfindən tələbələrin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.