28 noyabr 2024-cü il tarixində Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Masallı bölməsinin və ADPU-nun Cəlilabad filialının birgə təşkilatçılığı ilə tələbələrlə “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölməsinin Baş məsləhətçisi Cavidan Rəşidov və məsləhətçi Həsən Hümbətov, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad rayon bölməsinin sədr müavini Mirsüleyman Eynullayev, Tədbirlərin Təşkili və Tələbələrlə İş şöbəsinin mütəxəssisi S.İsmayılova, filialın baş müəllimi Ş.Namazova və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun ərsəyə gətirdiyi “Vətən Sevdası” filmi nümayiş olunub.
Tələbələrlə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirici görüş keçirilmişdir
27 noyabr 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin və ADPU-nun Cəlilabad filialının birgə təşkilatçılığı ilə tələbələrlə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirici görüş keçirilmişdir.
“Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” şüarı altında cəmiyyətin diqqətini qadınlara və qızlara qarşı zorakılıq probleminə çəkmək məqsədi ilə keçirilən maarifləndirmə görüşündə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova çıxış etmişdir. O, qadınların öz hüququnu bilməməsi, onların fəallığının artırılması, aztəhsilli və iqtisadi asılılığı olan qadınların daha çox zorakılığa məruz qalması ilə bağlı çıxış edərək, qadınların fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşdiyini görüş iştirakçılarına bildirmişdir. Həmçinin rayon icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun işi və Qaynar Xətt barədə görüş iştirakçılarına məlumat verilmişdir.
“Milli Dirçəliş Günü”nə həsr olunan tədbir keçirilib.
16 noyabr 2024-cü ildə ADPU-nun Cəlilabad filialında “Milli Dirçəliş Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı , Elmi katib N.Babayev, filialın baş müəllimləri Ə.Mirzəzadə, T.İsgəndərov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, bu günü Ulu Öndər Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyin altında müstəqil və qalib xalq kimi qeyd etdiyimizi vurğulayıb. Filialın baş müəllimləri Ə.Mirzəzadə , T.İsgəndərov, filialın elmi katibi N.Babayev, Dirçəli günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tədbir sonunda ” Milli Dirçəliş Günü”nə həsr olunan video-çarx nümayiş edilib .
“8 Noyabr Zəfər Günü”nə həsr olunan tədbir keçirilib
7 noyabr 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “8 Noyabr Zəfər Günü”nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru,dosent X.H.Sultanlı, Vətən müharibəsi iştirakçıları, filialımızın məzunları, qazi İmanov Orxan, Ağazadə Tural, müxtəlif struktur bölmənin əməkdaşları, professor -müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Ali baş komandanın rəhbərliyi altında xalqımızın 44 günlük müharibədə parlaq qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb .
Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi F.Mürsəlli, şəhidlərin öz canları ilə əldə etdikləri bu qələbəni, dövlətimizin müstəqilliyini qorumağı hər birinizin borcu olduğunu bildirib.
Tədbirin davamında qəhrəman qazilərimiz İmanov Orxan, Ağazadə Tural və öz hisslərini, arzularını, müharibədə yaşadıqları faktları tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra qazi Seyfullayev Nicat Qismət oğlunun anası filialımızın əməkdaşı, Seyfullayev Nərgiz tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib.
Tədbirin davamında filialın professor- müəllim heyəti bu qürurlu günün bəxş etdiyi hissləri tədbir iştirakçıları ilə paylaşıblar.
Daha sonra filialın tələbələri Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi A.Muradova “Qarabağa gedirəm” adlı şeir ifası, İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbələri F.Quliyeva, A.Əlinağıyeva öz çıxışlarını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda isə “Zəfər Günü”nə həsr olunan video çarx izlənilib .
“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Ə.Mirzəzadənin təqdimatı əsasında Elmi seminar keçirilib .
Noyabrın 6-sı ADPU-nun Cəlilabad filialında “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Ə.Mirzəzadənin təqdimatı əsasında Elmi seminar keçirilib . Seminarın əsas mövzusu XX əsrin 30-50-ci illərində sovet rəhbərliyinin Azərbaycanın Cənub bölgəsinin sərhədqırağı kəndlərində apardığı məcburi köçürmə siyasəti (deportasiya) təşkil edib.
ADPU-nun Cəlilabad filialının daha bir uğuru !
ADPU-nun Cəlilabad filialının daha bir uğuru !
Filialın “ Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Rövşən Yusif oğlu Qurbanovun 5706.01 – Azərbaycan dili ixtisasında Filologiya elm sahəsi üzrə “Fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir. Bu münasibətilə kollektivimiz adından Rövşən müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Uğurlarınız davamlı olsun Rövşən müəllim!
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına- “COP29” həsr olunan Sərgi keçirilib.
6 noyabr 2024-cü ildə ADPU-nun Cəlilabad filialında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına- “COP29” həsr olunan Sərgi keçirilib. Sərgidə filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri, əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Sərgidə filialın tələbələrinin hazırladıqları müxtəlif maket və rəsmlər təqdim olunub.
ADPU-nun şəhid məzunu baş leytenant Etiram Hüseynlinin ailəsi ziyarət olunub.
Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı və filialın professor-müəllim heyəti ADPU-nun məzunu olan Vətən müharibəsi şəhidi baş leytenant Etiram Hüseynlinin ailəsini və məzarını ziyarət ediblər.
Görüş zamanı direktor dos. X.Sultanlı şəhidin yaxınlarını ADPU ailəsi adından qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, bu qürur dolu günləri bizə yaşadan, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edən qəhrəman şəhidlərimizin ruhuna ehtiram ifadə edib.
Direktor Pedaqoji Universitet tərəfindən şəhid məzun və tələbələrin xatirəsinin əbədiləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Görüş zamanı Pedaqoji Universitet adından yeni çapdan çıxmış, Ehtiram da daxil olmaqla ADPU-nun Vətən müharibəsi və ondan sonrakı dövrdə şəhid olmuş tələbə və məzunlarının həyatı və döyüş yolu haqqında məlumatların əks olunduğu “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” adlı kitab ailəyə təqdim edilib. Sonra filial kollektivi ailə ilə birgə şəhidin məzarını və xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış guşəni ziyarət edib, məzarı üzərinə tər güllər qoyublar.
Qeyd edək ki, Etiram Həsən oğlu Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1994-cü ildə ADPU-nun İlkin hərbi və fiziki təlim fakültəsinə qəbul olunub, 1998-ci ildə təhsilini leytenant rütbəsi ilə başa vuraraq məzunu olduğu Lənkəran şəhər 6 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Etiram oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən baş leytenant Etiram Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
ADPU-nun Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir.
28 oktyabr 2024-cü ildə ADPU-nun Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Təhsil Tələbə Krediti Fondunun Təhsil Müəssisələri ilə İş Şöbəsinin baş mütəxəssisi Günay Xəlilova, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Təhsil Müəssisələri ilə İş Şöbəsinin baş mütəxəssisi Günay Xəlilova Təhsil Tələbə Krediti haqqında tələbələrə geniş məlumatlar təqdim edib. Eyni zamanda bu kreditdən necə istifadə edəcəkləri, hansı hallarda müraciətin qəbul olunması barədə izahlar verib. Sonda isə tələbələrin suallarının cavablandırılması ilə tədbir yekunlaşıb.
“İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi Regional Cəlilabad filialı”nın tədbiri keçirilmişdir.
23 oktyabr 2024-cü ildə ADPU-nun Cəlilabad filialında “İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi Regional Cəlilabad filialı”nın tədbiri keçirilmişdir. Tədbirdə İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi Regional Cəlilabad filialının rəhbəri Qurbanov İlqar Gəray oğlu, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.










