Xəbərlər

9 Noyabr Dövlət Bayrağı Günüdür

7 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “9 Noyabr Dövlət Bayrağı Günü” nə həsr olunan tədbir təşkil edilib.
Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi T.İsgəndərli, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Ə.Mirzəzadə, eyni kafedranın müəllimi F.Mürsəlli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda canından,qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunduğunu vurğulayıb . Eyni zamanda Bayrağın təşkil olunduğu rənglərin, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərdiyini bildirərək , Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verdiyini söyləyib.
Daha sonra filialın “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Ə.Mirzəzadə, hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunduğunu vurğulayaraq, Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bizim xalq üçün mənliyimizi, kimliyimizi ifadə edən xüsusi atribut olduğunu bildirib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli, Milli dövlətçiliyimizin mühim atributiv rəmzlərindən biri olan bayrağımızın müstəqilliyimizin əzəmətini əks etdirdiyini söyləyib. Həmçinin , Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin əsaslarından biri olduğunu söyləyərək , onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılmasınında Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda professor- müəllim heyəti tədbir iştirakçılarını “Dövlət Bayrağı Günü ” münasibəti ilə təbrik edərək , xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzi olan, üçrəngli bayrağımıza daima hörmət etməyin, qorumağın vətəndaşlıq, insanlıq borcumuz olduğunu vurğulayıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında “8 Noyabr Zəfər Günü” nə həsr olunan tədbir keçirilib

7 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “8 Noyabr Zəfər Günü” nə həsr olunan tədbir keçirilib.
Tədbirdə filialın direktoru,dosent X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova , Vətən müharibəsi iştirakçıları, filialımızın məzunları, qazi İmanov Orxan, Əliyev Sirac, müxtəlif struktur bölmənin əməkdaşları, professor -müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, bütün müharibələrdə işğalların sonunun işğalçıların məğlubiyyəti ilə bitdiyini vurğulayaraq, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanıb özünün ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb .
Pedaqoji fakültənin dekanı M.A.Rəhimova, şəhidlərin öz canları ilə əldə etdikləri bu qələbəni, dövlətimizin müstəqilliyini qorumağı hər birinizin borcu olduğunu bildirib.
Tədbirin davamında qəhrəman qazilərimiz İmanov Orxan və Əliyev Sirac öz hisslərini, arzularını, müharibədə yaşadıqları faktları tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev də bu sevincli günü şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına borclu olduğumuzu söyləyib.
Tədbirin davamında filialın professor- müəllim heyəti bu qürurlu günün bəxş etdiyi hissləri tədbir iştirakçıları ilə paylaşıblar.
Daha sonra filialın tələbələri olan S.Mahmudova, F.Nağıyevanın ifasında “İgid əsgər möhkəm dayan “, S.Səfərova, Z.Dadaşova, A.Tarverdili, F.Nağıyeva, X.Muradovanın təşkilatçılığı ilə hazırlanan “Şuşanın dağları” rəqsi nümayiş edilib.
Z.Feyziyeva Ə.Sadıqovun aparıcılığı ilə davam edən tədbirdə , R.Feyziyevin gitara çıxışı ilə ifa etdiyi ” Xudayar təsnifi” musiqisi, H.İsmayılov, S.Rəhimov və A.Qurbanovun “Şalaxo və ritm” rəqsləri, Z.Əsgərlinin şeir çıxışı iştirakçılar tərəfindən maraqlı qarşılanıb. Tədbirin sonunda isə “Qarabağ şikəstəsi” ifa edilib.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında “Konstitusiya Günü”nə həsr olunan “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi ” mövzusunda dəyirmi masa keçirilib

3 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Konstitusiya Günü”nə həsr olunan “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi ” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisləri N.Babayev , Ş Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, “Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasının , heç bir mübaliğəyə yol vermədən, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəri olduğunu bildirib . 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etdiyini bildirərək, Ümummilli Liderimiz Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışdığını və buna da nail olduğunu nəzərə çatdırıb .
Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova 1995-ci il noyabr ayının 12-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının qanunu olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildiyini söyləyərək, həmin günün ölkədə ilk Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edildiyini söyləyib . Konstitusiyanın 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olduğunu bildirərək, 2002-ci ilin avqustunda, eləcə də, 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb .
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirən sənət olduğunu bildirib. Eyni zamanda, bu Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsini, 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən fakt olduğunu bildirib.
Tədbir tələbələri maraqlandıran sualların professor-müəllim heyəti tərəfindən cavablandırılması ilə sona çatıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir” mövzusunda elmi seminarı keçirilmişdir

2 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan ” Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi, Tarix elmləri üzrə fəlsəfə doktoru M.Abbasovun “Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir” mövzusunda elmi seminarı keçirilmişdir.
Elmi seminarda Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru E.Muradlı, Tarix elmləri üzrə fəlsəfə doktoru baş müəllim K.Kərimova, baş müəllimlər Ə.Mirzəzadə, E.İsmayılova, müəllimlər H.Babayeva, R.Sabirli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının müdiri E.Muradlı seminarın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb .
Daha sonra Tarix elmləri üzrə fəlsəfə doktoru, baş müəllim M.Abbasov Ulu Öndərin 90-cı illər fəaliyyətindən geniş bəhs edərək , mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ümummilli lider Heydər Əliyevin haqlı olaraq “Dünyanın ən böyük azərbaycanlısı” adlandırıldığını vurğulayıb. Ulu Öndərin müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər olduğunu söyləyən M.Abbasov, Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağın da onun üçün əziz və doğma olduğunu bildirib. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz Ulu Öndərin qətiyyəti sayəsində alındığını, bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının “təşkilatçısıyam” söyləyən ulu öndər Heydər Əliyevin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddialarının iflasa uğradığını tədbir iştirakçılarına söyləyib.
Tədbir sonda tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ” Tarixi yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilmişdir

30 Oktyabr 2023- cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ” Tarixi yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı , Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Rzayev və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Ümumilli liderin 90-cı illərdən başlayaraq Azərbaycan Respublikasını suveren dövlət kimi tanıtmaq , onun müstəqilliyini əldə edib qoruyub saxlamaq və Avropa dövlətləri ilə razılaşmalar əldə edərək xalqımızın daim sülh şəraitində yaşamasını təmin etmək üçün bütün addımları atdığını vurğulayıb . “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur” deyə filialın direktoru bildirmişdir .
Tədbirlərin təşkili , tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olduğunu söyləyib . Həmçinin , Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu nəzərə çatdırmışdır .
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Rzayev, Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən birinin də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması olduğunu vurğulayaraq, ölkədə o dövrdə hərbi qüvvələrinin yaradılması ilə Ulu Öndərin buna nail olduğunu bildirib.
Tədbir sonda tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir “ adlı elmi-praktik konfrans keçirilib

26 oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə iş şöbəsinin , Təbiət və sosial elmlər ,onların tədrisi texnologiyası kafedrasının birgə əməkdaşlığı çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir “ adlı elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Pedaqoji fakültənin dekanı M.A.Rəhimova, “ Tələbə və tədrisin idarə olunması şöbəsi”nin müdiri E.V.Muradlı , “Tədbirlərin Təşkili, Tələbələrlə iş şöbəsinin mütəxəssis”ləri N.Babayev, Ş. Hüseynov , “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi T.İsgəndərov , “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi , Tarix elmləri üzrə fəlsəfə doktoru K.Kərimova, baş müəllim Ə.Mirzəzadə, müəllim F.Mürsəlli, R.Sabirli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından ,qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan pedaqoji fakültənin dekanı M.A.Rəhimova, bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlərin olduğunu bildirərək Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət H.Əliyevin olduğunu bildirmişdir . Ulu Öndərin dövlətin müstəqilliyini hər şeydən üstün tutduğunu vurğulayaraq hər zaman xalqının azadlığı üçün öz canından keçməyə hazır olan bir lider olduğunu bildirib.

Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli Ulu Öndərin düzgün siyasətinin nəticəsində bugün dövlətimizin bir sıra Avropa dövlətləri ilə müştərək addımlayaraq istər təhsil sahəsində , istərsə də iqtisadiyyat sahəsində irəli addımladığını vurğulayıb .

Eyni kafedranın baş müəllimi Ə.Mirzəzadə Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsinin öz xalqına həmişə sədaqətlə xidmət etmək , Azərbaycan Respublikasını müstəqil dövlət kimi formalaşdırmaq və onun dinamik inkişaf yoluna qoymaq olduğunu konfrans iştirakçılarına söyləyib .

Tarix elmləri üzrə fəlsəfə doktoru, baş müəllim K.Kərimova Ümumilli liderin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsinin hələ uzun müddət diqqət mərkəzində olacağını bildirib .

Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi T.İsgəndərov bugün Azərbaycan dövlətinin müstəqilliyini əldə etmiş məhz regionun ən güclü dövlətlərindən biri olduğunu bildirərək H.Əliyev siyasətinin uğurla davam etdiyini söyləmişdir .

Tədbirlərin təşkili və tələbələrə iş şöbəsinin mütəxəssisi N.Babayev H.Əliyev irsini daim öyrənmək, qorumaq , təbliğ və tətbiq etmək bugünki gələcək nəsillərin qarşısında duran ən vacib məsələ olduğunu vurğulayıb .

Daha sonra Ümummilli liderin irsini özündə əks etdirən video-çarx konfrans iştirakçıları tərəfindən izlənilib. Tədbir tələbələrin çıxışları və suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialının tələbələri “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində seminarda iştirak etmişlər

19-24 Oktyabr 2023-cü il tarixlərində Lerik və Cəlilabad rayonlarında “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin sonuncu seminarları keçirilmişdir. Seminarda ADPU-nun Cəlilabad filialının tələbələri də iştirak edib .

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 01 avqust 2023-cü ildən 30 oktyabr 2023-cü ilə qədər dövrü əhatə edir.

“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, tədbirlərin hər birində 20 nəfər gəncin iştirakı ilə keçirilimişdir. Layihənin məqsədi regionda mərkəzi icra hakimiyyəti orqanlarının filial və idarələrində, yerli idarəetmə orqanlarında gənclərin ictimai iştirakçılığa cəlb olunmasına töhfə verməkdən ibarətdir. Seminarlar zamanı iştirakçılara ictimai qınaq nədir? , ictimai iştirakçılığın məqsədi, prinsipləri , formaları vətəndaş cəmiyyəti institutları , ictimai şura nədir? , vətəndaşların təşəbbüs qruplarının yaradılması qaydaları , ictimai şura nədir? , ictimai şuralarda təmsilçiliyin faydaları , onun hüquqları, vəzifələri, seçkilərin təşkili , fəaliyyət prinsipləri, əməkdaşlıq istiqamətləri, ictimai nəzarət nədir? , onun etik standartları , ictimai müzakirələr və ictimai dinləmələr mövzularında gənclərə məlumatlar verilmişdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Layihə dövründə beş rayonda-Masallı, Lənkəran, Astara, Lerik və Cəlilabad rayonlarında seminarlar keçirilmişdir, 102 nəfər gənc maarifləndirilmişdir ki, onlardan 61 nəfərini qadınlar təşkil etmişdir.
Tədbirlər müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Kitabxanamızın bir günü” adlı tədbir keçirilib

24 Oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Kitabxanamızın bir günü” adlı tədbir keçirilib.
Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Kitabxana və elektron resurslar şöbəsinin müdiri, ADPU-nun Cəlilabad filialının Həmkarlar təşkilatının sədri, dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müəllimi Ş.Cəbrayılov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev, Respublikanın Əməkdar Mədəniyyət işçisi; 50 ildən artıq Cəlilabad rayon mərkəzi kitabxanasının işçisi və sabiq müdiri C. Muradov, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə ilk öncə. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı kitabların bu günki dövrdə gənc kadrların hazırlanmasında və təhsil ocağına cəlb olunmasında misilsiz rolu olduğunu söyləyib. “Ümumilli liderin hakimiyyəti dövründə kitabxanaların açılması və Azərbaycanda təhsilin inkişafına təkan verən addımlar bu günki dövrümüzdə prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bugün dövlətimizə istər dünya ədəbiyyatı olsun, istər Azərbaycan ədəbiyyatına maraq böyükdür və bu maraq günü gündən artmaqda davam edir “ deyə bildirərək filialımızda fəaliyyət göstərən Kitab Klubuna işlərində müvəfəqiyyətlər arzu edib.

Əməkdar müəllim Muradov Cahangir “Kitab tükənməz bilik mənbəyidir. Kitabların həyatımızda rolunu qiymətləndirmək çox çətindir. Kitablar daxili dünyamızı zənginləşdirir, müxtəlif dövrlərə qərq olmağa imkan yaradır, kitablardan müxtəlif insanların taleyini, onların təcrübəsini və bəzən yeni nailiyyətlər üçün ilham alırıq. Dövrümüzdə – yüksək texnologiyalar dövründə internetdən istifadə edərək bizi maraqlandıran istənilən məlumatı heç bir səy göstərmədən dərhal əldə edə bilsək də, kitab hələ də ən yaxşı bilik mənbəyi olaraq qalır. Elektron kitabların rahatlığından nə qədər danışsalar da, “canlı” kağız kitabı və onun səhifələrinin xışıltısını heç nə əvəz edə bilməz və ənənəvi kitabın tərəfdarları həmişə çox olaraq qalacaqdır. Çünki insanlar əllərində kitab tutaraq canlı insanla ünsiyyətdə olduqları kimi xüsusi hisslər keçirirlər “deyə bildirib.

Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayilov Cəmiyyətin kitaba, biliyə tələbatını ödəmək məqsədi ilə yaranan kitabxanaların ən mühüm vəzifəsi oxuculara kitabxana-informasiya xidmətini təşkil etmək olduğunu bildirib . Daha sonra Müasir dövrdə oxucu və mütaliə probleminin öyrənilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması, kitabın mənəvi inkişafımızda rolunun müəyyənləşdirilməsinin mühim əhəmiyyət kəsb etdiyini qeyd edərək cəmiyyətimizdə elmə, informasiyaya, mədəniyyətə, təhsilə və tərbiyəyə xidmət etdiyi üçün kitabxanaların sosial institut adlandırıldığını vurğulayıb .
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev “ Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər. Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır” deyə vurğulayıb .

Daha sonra professor müəllim heyəti kitabın, oxumağın, daima mütaliə etməyin həyatda insan şəxsiyyətinin formalaşmasında müstəsna rol oynadığından bəhs ediblər.
Tədbirin davamında Kitab Klubunun sədri Talıblı Aytacın təşkilatçılığı ilə hazırlanan, kitabxana ilə bağlı video-çarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbirin sonunda isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbəsi Talıblı Jalə, İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Feyziyeva Zəhra, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan II kurs tələbəsi Muradova Aytən, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Əsgərli Zeynəb və Nəsirov Rəvan mövzuya aid şeirlər səsləndiriblər. Tədbir tələbələrin kitabla bağlı maraqlı suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında “Narkomaniyaya yox deyək” və “erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

20 Oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Narkomaniyaya yox deyək” və “erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı, Cəlilabad rayon Polis şöbəsinin rəisi polkovnik cənab Polad Qarayev, Cəlilabad rayon Mərkəzi xəstəxananın narkoloq həkimi Hilal Quliyev, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru , dosent X.H.Sultanlı, Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaq olduğunu vurğulayaraq, cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görməyin vacib olduğunu bildirib .Cəlilabad rayon Polis şöbəsinin rəisi polkovnik Polat Qarayev Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olduğunu bildirib. Eyni zamanda onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyük və praktiki olaraq, heç bir ölçüyə sığmadığını söyləyərək , narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər halların yaranmasına səbəb olduğunu diqqətə çatdırıb.
Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov narkomanlığa qarşı mübarizə sahəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə yerlərdə komissiyaların, digər mərkəzi icra hakimiyyəti orqanları və aidiyyəti qurumların mütəmadi olaraq keçirdikləri tədbirlərin bu ağır problemin həllinə öz töhfəsini verəcəyini bildirib .
Eyni zamanda erkən nigahdan yaranan problemlərdən də bəhs edilən görüşdə Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri son illər ictimai diqqət çəkən mövzulardan olduğu vurğulanıb. Həmçinin ,bu aspektdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparılmasının bu məsələnin həllinə ciddi töhvələrini verdiyi bildirilib . Bakı, Abşeron, Quba, Lənkəran, Cəlilabad və Ağstafa bölgələrində bu kimi tədbirlərin vacibliyi vurğulanaraq gələcək zamanda belə bir problemin cəmiyyətimizdə həll olması üçün tədbir iştirakçılarını da bu görüşlərdə aktiv olmağa dəvət edilib.
Tədbir sonunda iştirakçılarin ünvanladığı suallar geniş şəkildə cavablandırılıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “TGT nədir?” layihəsi çərçivəsində yeni tədris ilinin tələbələri ilə maarifləndirici görüş keçirilib

20 Oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “TGT nədir?” layihəsi çərçivəsində yeni tədris ilinin tələbələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının klublarla iş üzrə meneceri Aqil Quliyev , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmov iştirak edib. Tədbirin əsas məqsədi tələbə həyatına yeni başlayan gənclərin şəxsi inkişafında ATGTI və TGT-lərin rolunun izah olunması və gənclərin TGT-lərin fəaliyyətinə cəlb olunmasıdır.Eyni zamanda ittifaqın əsas missiyasının gənclərin təhsildən kənar həyatının təşkili , eləcə də dövlət siyasətinin mühim və ayrılmaz tərkib hissəsi olan gənclər siyasətinin icra olunmasında Tələbə gənclərin rolunun stimullaşdırmaq olduğunu da iştirakçıların diqqətinə çatdırıblar. Görüşün sonunda tələbələr tərəfindən ünvanlanan suallar təlimçilər tərəfindən geniş şəkildə izah olunaraq yekunlaşdırılıb.