Xəbərlər

Bu gün Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nümayəndələri ADPU-nun Cəlilabad filialında sosial həssas qrup tələbələrilə görüş keçirmişlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan etmişdir. Müsabiqə qaliblərinin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulmuşdur. Qeyd edilən müsabiqəyə 40 dövlət ali təhsil (filialları da daxil olmaqla) və 46 dövlət orta ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələri müraciət edə biləcəklər. Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyyar olaraq götürüləcəkdir. Şəhid və qazi övladlarının təhsilillərinin davamlılığına dəstəyin göstərilməsi müsabiqənin əsas prioritetləri sırasında olacaqdır.

Görüşdə tələbələri maraqlandıran aidiyyatı sualları ATGTİ nümayəndəsi Mehtiyev İbrahim ətraflı cavablandırmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.