16 sentyabr 2026-cı ildə ADPU Cəlilabad filialının II tədris binasında yerləşən Kitabxana və Elektron Resurslar şöbəsində I tədris ilinin tələbələri ilə görüş keçirilib. Görüşdə Kitabxana və Elektron Resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, Arxiv müdiri S.Rzayeva, Filialın psixologiya müəllimləri F.Əzimov, S.Kərimova, Böyük kitabxanaçı V.Əzizova, biblioqraf J.Babayeva və tələbələr iştirak ediblər.
Görüşdə I tədris ilinin tələbələrinə şöbədə yaradılan imkanlardan geniş bəhs olunub və buradakı kitab və digər resurslar tələbələrin istifadəsinə təqdim olunub.
ADPU Cəlilabad filialında 2026/2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri keçirilib.
15 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2026/2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.V.Muradlı, müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyətini, tələbələri, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Daha sonra Tədris və Elmi işlər üzrə direktor müavini E.V.Muradlı I tədris ilinin tələbələrinə uğurlar arzulayıb . Filialımızın baş müəllimləri A.İbişov, Ə.Mirzəzədə, Respublikanın əməkdar müəllimi İ.Bağırov, Yazıçılar və jurnalistlər birliyinin üzvü, qızıl qələm laureatı, şair Əfrail Abbas, tələbəmizin valideyni, xanəndə Babayev Akif öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin davamında Təhsildə sosial-psixoloji xidmət ixtisasına 504 bal ilə qəbul olan Süleymanlı Fatimə, İbtidai sinif müəllimliyi ixtisasına qəbul olan Mirzəzadə Səlma, Məktəbəqədər təhsil ixtisasının II tədris ilinin tələbəsi Məmmədli Gülay çıxış edərək digər tələbə yoldaşlarına da bu yolda uğurlar arzu ediblər.
Tədbirin sonunda yüksək bal toplayan tələbələr filial direktoru, dosent X.H.Sultanlı tərəfindən hədiyyə ilə təltif olunublar .
Bayramlı Aygün Talıb qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ” 556 bal”
Tarverdiyeva Türkan Nəsimi qızı İbtidai sinif müəllimliyi ” 552 bal “
Bayramova Aysun İntiqam qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi “505 bal “
Süleymanlı Fatimə Əfqan qızı Təhsildə sosial-psixoloji xidmət “504 bal”
ADPU Cəlilabad filialında 2025/2026-cı ilin buraxılış qruplarının “Məzun günü” keçirilib.
15 iyun 2026-cı il tarixində ADPU Cəlilabad filialında 2025/2026-cı ilin buraxılış qruplarının “Məzun günü” keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, İnzibati işlər üzrə direktor müavini A.Ağahüseynov, Pedaqoji fakültənin dekanı E.İsmayılova, Cəlilabad Rayon İcra Hakimiyyəti Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X.Xəlilova, filialın professor-müəllim heyəti, digər struktur bölmələrin əməkdaşları və müxtəlif ixtisasların tələbələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirə 2025/2026-cı tədris ilinin buraxılış qrupları dəvət olunublar.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı ilk olaraq məzunları təbrik edib və həyatlarının bundan sonrakı dövründə onlara uğurlar arzulayıb.Eyni zamanda Məzunluq gününün Azərbaycan xalqının tarixində xüsusi günlərdən biri olan “Qurtuluş Günü” nə təsadüf etdiyini bildirərək bu gün münasibətilə də qonaqları təbrik edib.
Pedaqoji fakültənin dekanı E.İsmayılova, bu gün məzunların universitetə, tələbəlik həyatına əlvida dediyini vurğulayaraq tələbəlik illərinin acılı – şirinli anlarının artıq geridə qaldığını bildirib.
Filialın professor-müəllim heyəti də öz növbələrində çıxış edərək tələbələri təbrik ediblər.
Daha sonra 2025/2026-cı tədris ilinin məzunları və onların valideynləri də çıxış edərək, bu gün yaşadıqları hislərin çox unudulmaz və əvəzsiz olduqlarını bildirərək, bu illər ərzində onlardan öz diqqət, qayğı və sevgilərini əsirgəməyən professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.
Tədbir şən musiqi ifasında müəllim- tələbə heyətinin qarşılıqlı rəqs etməsi ilə yekunlaşıb.
VAKANSIYA!
Elmi dərəcəsi və elmi adı olan namizədlərə üstünlük veriləcək.
Yaz semestrinin imtahan sessiyasına 2026-cı ilin iyun ayının 1-dən etibarən start verilib.
ADPU Cəlilabad filialında yaz semestrinin imtahan sessiyasına 2026-cı ilin iyun ayının 1-dən etibarən start verilib.
Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və elmi işlər üzrə direktor müavini E.Muradlı, Pedaqoji fakültənin dekanı E.İsmayılova imtahan prosesinin gedişi ilə tanış olmaq məqsədilə auditoriyalarda olublar.
ADPU Cəlilabad filialında imtahan sessiyası prosesinin effektiv təşkili və tələbələrin rahatlığının təmin edilməsi məqsədilə imtahanlar I tədris korpusunda təşkil edilir. İmtahanlar 09:00, 12:00 olmaqla 2 növbədə təşkil edilir.
Yaz semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək neqativ hallarla bağlı şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahan qiymətlərinin elan olunmasından sonra yarana biləcək etirazlarla bağlı növbəti 1 gün ərzində İmtahan Qərargahına müraciət edə bilərlər. Şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə könüllü tələbələrdən ibarət müşahidə qrupu yaradılmışdır. Eləcə də ictimaiyyət nümayəndələri üçün sessiya prosesinin müşahidəsi üçün şərait yaradılır.
“28 May Müstəqil Günü ” ilə əlaqədar tədbir keçirilib .
25 may 2026- ci ildə ADPU Cəlilabad filialında “28 May Müstəqil Günü ” ilə əlaqədar tədbir keçirilib
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Filialın baş müəllimləri Ə.Mirzəzadə, F.Rzayev, struktur-bölmə əməkdașları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ile açıq elan edən X.H.Sultanlı vurğulayıb ki , Müstəqillik günü xalqımızın tarixində silinməz tarixi günlərdən biridir. Müstəqillikdən günü ile bağlı vacib məqamlara toxunduqdan sonra dosent X.H.Sultanlı sözü filialın baş müəllimi Ə. Mirzəzadə təqdim edib. O, öz çıxışında Müstəqillik günü ilə bağlı bir sıra tarixi məlumatlara və statistik məqamlara toxunub. Tədbirin sonunda Filial rəhbərliyi tərəfindən öncəki tədbirlərdə fərqlənən tələbələrə “Fəxri Fərman “ və “Sertifikatlar” təqdim edilib.
ADPU Cəlilabad filialında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib.
21.05.2026-cı il tarixində ADPU Cəlilabad filialında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir filialın Pedaqoji fakültə dekanlığı, Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrası, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə ADPU Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, direktor müavini, c.ü.f.d E. Muradlı , Pedaqoji fakültənin dekanı p.ü.f.d E.İsmayılova, professor M.Allahmanov, Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, Elmi katib N.Babayev, filialın baş müəllimləri T.İsgəndərov, M.Qasımov və müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Səməd Vurğunun Azərbaycan milli şeir sənətinin ulduzu olduğunu vurğulayaraq onun bir sıra şeirlərini səsləndirib. Daha sonra tələbələrə hər zaman Xalq şairinin yaradıcılığına istinad edərək onun şeirlərini öyrənməyi məsləhət görüb.
Tədbirin davamında direktor müavini E.Muradlı, dosent Y.Dadaşlı, professor M.Allahmanov, dekan E.İsmayılova, elmi katib N.Babayev, baş müəllimlər M.Qasımov, T.İsgəndərov şairin həyat və yaradıcılıqlarına istinad edərək onun bir sıra şeir və əsərləri barədə dolğun məlumatları tədbir iştirakçıları ilə bölüşüblər.
Daha sonra Z.Quliyevanın təqdimatı əsasında filialın tələbələri olan M.Hüseynzadə, L.Fətəliyeva, M.İsmayılova, F.İmanova, L.İbadova şairə məxsus olan şeirləri səsləndirərək təhlil ediblər.
Daha sonra TGT nəzdində fəaliyyət göstərən Şən Hazırcavablar klubunun (ŞHK) hazırladığı “Vaqif” pyesi Ə.Abdullazadə, İ.Cabbarov, O.Məhəmmədov, C.Quluzadə, İ.Dadaşlı, E.Rzayev, T.Zeynalov, X.Rzazadə, Ə.Kərimov, X.Əliyev, İ.Əhmədli, S.Fərəclinin təqdimatı əsasında səhnələşdirilib.
ADPU Cəlilabad filialında “Tələbələrdə sağlam həyat tərzinin formalaşdırılması yolları” mövzusunda elmi seminar keçirilib.
12 may 2026-cı ildə ADPU Cəlilabad filialında Pedaqoji fakültənin dekanı, p.ü.f.d İsmayılova Elnarə Ataməli qızının “Tələbələrdə sağlam həyat tərzinin formalaşdırılması yolları” mövzusunda elmi seminarı keçirilib.
Elmi seminarda Təbiət və sosial elmlər,onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, filialın baş müəllimi F.Rzayev, Ə.Mirzəzadə, T.İsgəndərov, A.Hüseynov, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Elmi seminarın əsas mövzusunu ali pedaqoji təhsil müəssisələri tələbələrində sağlam həyat tərzinin formalaşdırılmasının nəzəriyyə və təcrübənin öyrənilməsindən, təhlil edilməsi, monitorinqi nəticəsində bu sahədə yeni üsulların, formaların və təkliflərin irəli sürülməsindən yararlanmağın faydaları təşkil edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan voleybol turnirinin Final oyunu baş tutub .
8 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin, Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı ilə həyata keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan voleybol turnirinin Final oyunu baş tutub . Final oyunu Zirvə və Zəfər 44 komandaları arasında həyata keçirilib. Yekunda isə Zirvə komandası Zəfər 44 komandasını 3-1 hesabı ilə məğlub edərək kubokun sahibi olub.
Turnirin yekununda Filial rəhbərliyi tərəfindən I və II yerin sahiblərinə, eyni zamanda tədbirdə aktiv iştirak edən tələbələrə sertifikat təqdim edilib.










