Xəbərlər

ADPU-nun Cəlilabad filialında “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib.

28 fevral 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, filialın Elmi katibi N.Babayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasının , heç bir mübaliğəyə yol vermədən, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəri olduğunu bildirib. 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etdiyini bildirərək, Ümummilli Liderimiz Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışdığını və buna da nail olduğunu nəzərə çatdırıb. .

Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova , 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini vurğulayıb. Tədbirin sonunda Konstitusiya və Suverenlik ilinə həsr olunan video-çarx izlənilib.

Xəbərlər

” Xocalı Soyqırımı”na həsr olunan tədbir keçirilib.

26 Fevral 2025- ci ildə ADPU-nun Cəlilabad filialında ”Xocalı Soyqırımı”na həsr olunan “Qan yaddaşımız” adlı tədbir keçirilib. Tədbirdə filialın elmi katibi N.Babayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova tədbiri açıq elan edərək sözü Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadəyə verib. O, “Xocalı Soyqırımı” zamanı xalqımızın başına gətirilən müsibətlərdən tədbir iştirakçılarına bəhs edib.
Filialın elmi katibi N.Babayev erməni qəsbkarlarının illərlə xalqımıza düşmənçilik siyasəti aparmaqlarından danışıb.
Tədbirin davamında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi A.Muradova, eyni ixtisasın II tədris ilinin tələbəsi L.Fətəliyeva şeir ifası ilə çıxış ediblər.Sonda “Xocalı soyqırımı”na həsr olunan video-çarx izlənilib.

Xəbərlər

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür!

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür!
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Elanlar

ADPU Cəlilabad filialında “Cənnət mələyim” adlı şeir müsabiqəsi keçiriləcəkdir.

ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “8 Mart- Beynəlxalq Qadınlar Günü”nə həsr olunan “ Cənnət mələyim” adlı şeir müsabiqəsi keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 051-453-84-51 nömrəsi ilə və ya filialın rəsmi sosial şəbəkələrinə müraciət etməklə qeydiyyata alına bilərlər.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında 2024/2025-ci tədris ili üzrə “Pedaqoji internaturanın başlanması ” ilə əlaqədar açılış konfransı keçirilib.

17 fevral 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında 2024/2025-ci tədris ili üzrə “Pedaqoji internaturanın başlanması ” ilə əlaqədar açılış konfransı keçirilib. Konfrans 2 mərhələdə təşkil olunub. Əvvəlcə filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Məktəbəqədər təhsil ixtisasının IV tədris ilinin tələbələri, daha sonra İbtidai sinif müəllimliyi IV tədris ilinin tələbələri və Tarix-coğrafiya müəllimliyi ixtisasının V tədris ilinin tələbələri ilə konfrans keçirilib.
Konfransda ADPU Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, Pedaqoji fakültənin dekanı M.Rəhimova, Pedaqoji təcrübə rəhbəri B.Məhərrəmov, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı ,Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri E.Muradlı, , professor-müəllim heyəti , struktur bölmə rəhbərləri, əməkdaşları və buraxılış qruplarının tələbələri iştirak edib.
Konfransı giriş nitqi ilə açan filialın direktoru, dosent X.H.Sultanlı pedaqoji internaturanın tələbələrin fəaliyyətlərində mühim rol oynadığını qeyd edərək onlara uğurlar arzu edib.
Pedaqoji fakültənin dekanı M.A.Rəhimova buraxılış qruplarının tələbələrinə pedaqoji internatura dövründə etməli olduqları vacib məqamları izah edib.
Pedaqoji internatura rəhbəri B.Məhərrəmov təcrübə ilə bağlı tələbələrin təhkim olunduqları məktəb və qrupların siyahısını tələbələrə təqdim edib.
Daha sonra filialın professor-müəllim heyəti tələbələrə təcrübə dövründə uğurlar arzu ediblər.
Konfransın sonunda tələbələr müəllimlərə öz təşəkkürlərini bildirərək filialla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbər heyətinin filiala rəsmi səfəri baş tutub.

31 yanvar 2025- ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov , Ümumi işlər üzrə prorektoru Tural Cəlilov , Rektorun müşaviri Ümid Mehdiyevin filiala rəsmi səfəri baş tutub .
Səfər zamanı filialın tədris korpusunun qəzalı vəziyyəti ilə bağlı binaya baxış keçirilib, ayrı-ayrı qruplarla imtahan prosesi müşahidə olunub və tələbələri maraqlandıran suallara cavab verilib. Sonra isə filialın II tədris korpusuna səfər olunub. Filialın müxtəlif struktur bölmələrinin əməkdaşları ilə görüş keçirilib, iş prosesi müzakirə olunub və lazımi tövsiyyələr verilib .
Daha sonra filial kollektivi ilə ümumi iclas keçirib . İclasda filialın direktoru, dosent X.H.Sultanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov , Ümumi işlər üzrə prorektor Tural Cəlilov , Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri Ümid Mehdiyev , filialın İnzibati və təsərrüfat işləri üzrə direktor müavini A.Ağahüseynov, Pedaqoji fakültənin dekanı M.Rəhimova, struktur bölmələrin rəhbərləri və əməkdaşları, professor müəllim heyəti iştirak edib .
İclasda filialın direktoru, dosent X.H.Sultanlı çıxış edərək filialda görülən işlər, filialın inkişaf dinamikası , qarşıda duran vəzifələr barədə qonaqlara və filial əməkdaşlarına məlumat verib .
ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov öz çıxışında filialın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə filialın 3 müəllimi – Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Şöhrət Namazova, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Mahmudağa Qasımov, İltifat Bağırov “Yubiley medalı” ilə təltif edilib .
Daha sonra Fakültə dekanı M.Rəhimova çıxış edərək təltif olunan əməkdar müəllimləri təbrik edib, ADPU rəhbərliyinin filiala göstərdiyi diqqət və qayğıya görə onlara öz təşəkkürünü bildirib. Səfər əməkdaşlarla xatirə şəkilinin çəkilməsi ilə yekunlaşıb .

Xəbərlər

” 20 Yanvar – Ümumxalq Hüzn Günü” ”nə həsr olunan tədbir

17 Yanvar 2025-cü il tarixində ADPU-nun Cəlilabad filialında ” 20 Yanvar – Ümumxalq Hüzn Günü” ”nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri və əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra filialın direktoru dosent X.H.Sultanlı çıxış edərək “20 Yanvar” hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən bəhs edib.
Eyni zamanda Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə Qanlı Yanvarla bağlı tarixi faktları tədbir iştirakçıları ilə bölüşüb.

Xəbərlər

ADPU Cəlilabad filialında payız semestrinin imtahan sessiyasına 2024-cü ilin dekabr ayının 29-dan etibarən start verilib.

Yanvarın 9-da Filialın direktoru, dosent X.H.Sultanlı və Pedaqoji fakültənin dekanı M.Rəhimova imtahan prosesinin gedişi ilə tanış olmaq məqsədilə auditoriyalarda olublar.
ADPU Cəlilabad filialında imtahan sessiyası prosesinin effektiv təşkili və tələbələrin rahatlığının təmin edilməsi məqsədilə imtahanlar I tədris korpusunda təşkil edilir. İmtahanlar 09:00, 11:30 və 14:15-də olmaqla 3 növbədə təşkil edilir. İmtahanlar əsasən yazılı formada keçirilir. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında tələbələrin müraciətin və fənnin praktik yönümlü olmasın nəzərə alaraq 4 fənnin imtahanı şifahi formada aparılır.
Payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək neqativ hallarla bağlı şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahan qiymətlərinin elan olunmasından sonra növbəti 1 gün ərzində İmtahan Qərargahına müraciət edə bilərlər. Şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə könüllü tələbələrdən ibarət müşahidə qrupu yaradılmışdır. Eləcə də ictimaiyyət nümayəndələri üçün sessiya prosesinin müşahidəsi üçün şərait yaradılır.
İmtahan sessiyasının mövcud qaydalara əsasən təşkili və keçirilməsi üçün Filial bütün potensial imkanlarından istifadə edir.

Xəbərlər

Allah rəhmət eləsin !

ADPU Cəlilabad filialının rəhbərliyi və professor-müəllim heyəti adından Bakı-Qroznı istiqamətində hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik!