Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib

Rəy yoxdu

05 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi” münasibətilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib. Seminarda filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri, Y.Dadaşlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Keyfiyyətin təminatı şöbəsinin müdiri D.Əliyeva, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, kafedranın baş müəllimləri T.İsgəndərov, A.İbişov, X.Talıbova və filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Elmi seminarda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndərin və vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Seminarı giriş sözü ilə filialın direktoru dos. X.H.Sultanlı açaraq Ümummilli liderin təkcə Azərbaycan dilinə qayğı göstərməklə kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı dərinləşdirmək üçün çox işlər gördüyünü vurğulayıb.
Kafedra müdiri, dosent Y.Dadaşlı çıxışında ulu öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin dünyanın ən qədim dillərindən biri olduğunu sübuta yetirdiyini vurğulayıb.
Daha sonra Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin hazırladığı Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dili və mədəniyyəti” sahəsində olan rolunu əks etdirən videoçarx izlənilib.
Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müəllimi R.Muradova öz çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşaması və inkişaf etdirilməsində Heydər Əliyevin mühim xidmətlərinin olduğunu vurğulayıb.
Seminarda filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri S.Ağayeva, X.Fərziyeva, R.Cəfərli, A.Muradova məruzə və şeir ifaları ilə çıxış ediblər.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək”adlı şeir müsabiqəsi keçirilib

Rəy yoxdu

3 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək”adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənərək qiymətləndirilib. Nəticələrə əsasən ilk üç yerin sahiblərini nəzərinizə çatdırırıq:
I yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Muradova Aytən;
II yer –İbtidai sinif müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Feyziyeva Zəhra
III yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Dadaşova Zəkiyyə
Həvəsləndirici yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Cəfərli Rahidə; İbtidai sinif müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Musayeva Məleykə
Qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Hər kəs fərqlidir, hər kəs bərabərdir” mövzusunda elmi seminar təşkil olunub

28 aprel 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, ARTİ-nin fəlsəfə doktorluğu proqramı üzrə dissertantı Səbinə Ataməli qızı İsmayılovanın “Hər kəs fərqlidir, hər kəs bərabərdir” mövzusunda elmi seminarı təşkil olunub. Seminarda “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, kafedranın müəllimləri E.İsmayılova, F.Rzayev, H.Babayeva və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı açaraq seminarın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb.
Daha sonra S.İsmayılova inkluzivlik, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, anomaliyaların səbəbləri, autizm sindromu, hiperaktivlik, daun sindromu kimi aspektlərdən çıxış edərək seminar iştirakçılarına maraqlı informasiyalar verib. Eyni zamanda, tələbələrə müxtəlif suallar ünvanlamaqla seminarı diskussiya şəklində davam etdirib. S.İsmayılova iştirakçılara autizm, daun sindromları və hiperaktivlik haqqında video-çarxlar da nümayiş etdirib. Seminarın sonunda S.İsmayılova hər bir şəxsin fərqli və bərabər hüquqlu olduqlarını vurğulayaraq, insanın sağlamlığında olan hər hansı bir problemin, onun cəmiyyətdə müxtəlif mövqelərdə yer tutmasına əngəl olmadığını, cəmiyyət olaraq sağlamlıq imkanları məhdud uşaqları diqqətdə saxlamağın və qayğı göstərməyin borcumuz olduğunu vurğulayıb.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü mövzusunda dəyirmi masa keçirilib

26 aprel 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ş.M.Namazova, Tədbirlərin Təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev , Ş.Hüseynov və filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Tədbirdə ilk olaraq ulu öndərin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra ulu öndərin Azərbaycanın tarixində əvəzsiz xidmətlərini əks etdirən video – çarx təqdim edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos. X.H.Sultanlı ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində milli özünüdərkin inkişaf etdirilməsində həyata keçirdiyi uğurlu siyasətdən bəhs edib. O, vurğulayıb ki, Azərbaycan dövləti SSRİ hakimiyyəti dövründə, ümumən Qafqazda H.Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük söz sahibi olan dövlətlərdən biri kimi formalaşıb.
“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ş.M.Namazova ümummilli liderin hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinə, xalqına multikultural dəyərlərin qazanılması və qorunub saxlanılması istiqamətində olan xidmətlərindən bəhs edib. Eyni zamanda ümummilli liderin o dövrdə H. Cavidin nəşinin Azərbaycana gətirilməsi və burada dəfn olunması, M.Ə.Sabir, N. Gəncəvi , M. Füzuli kimi dühaların heykəllərinin inşa edilməsi , xalqımızın bu istiqamətdə maariflənməsi yolunda atdığı addımları vurğulayıb.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev ölkəmizin konstitusiyasının formalaşdırılması və qəbul olunması , Ana dilimizin əsas dil kimi tədris olunması sahəsində ulu öndərin rolundan danışıb. Eyni zamanda həmin dövrdə kadr çatışmazlığı kimi qlobal bir problemin məhz dahi liderin formalaşdırdığı məktəblər nəticəsində sona çatdığını, eləcə də C. Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə Azərbaycan xalqının hərbi sahəsində böyük uğurlar əldə etdiyini də qeyd edib. Tədbir tələbələr tərəfindən ünvanlanan sualların cavablandırılması ilə sona çatıb.

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır

14 aprel 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “ Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır” adlı tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent Xudayar Sultanlı, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Ramil Əmənov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, filialın Pedaqoji fakültə dekanı Mənzilə Rəhimova, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti, əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ulu öndərimizin, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra, Heydər Əliyevin siyasi irsini özündə əks etdirən video-çarx izlənilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent, X.H.Sultanlı ulu öndərin ölkəmizdə təhsilimizin inkişafında, dövlətimizin müstəqilliyinin əldə edilməsində və onun qorunub saxlanılması istiqamətində olan əvəzsiz xidmətlərindən ətraflı söz açıb.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Ümummili lider Heydər Əliyevin Azərbaycan tarixində həyata keçirdiyi uğurlu islahatlardan bəhs edib.
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov Heydər Əliyevin gənclər siyasətindən bəhs edərək, onların inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Ramil Əmənov ulu öndərin dünya miqyasında tutduğu liderlik mövqeyindən söz açıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi Fuad Mürsəlli Azərbaycan Respublikasının Konstitusiyasının formalaşdırılmasında Heydər Əliyevin rolundan bəhs edib.
Daha sonra filialın Tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi, eyni zamanda Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin bacısı Ayna Fərəcova Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində müstəsna xidmətləri ilə əbədilik qazanmasını və dünya tarixinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət olduğunu vurğulayıb.
Tədbirin sonunda filialın direktoru, dosent X.H.Sultanlı tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə pedaqoji fakültə dekanı, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və fəal tələbələri fəxri fərmanla təltif olunublar.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar şahmat yarışı keçirilib

ADPU Cəlilabad filialının Tələbə Elmi Cəmiyyətinin Təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar şahmat yarışı keçirilib.
Yarış rayonun Şahmat məktəbində təşkil edilib və filialın tələbələri yarışda iştirak ediblər.
İki günü əhatən edən yarış 2 mərhələdən ibarət olub. I mərhələnin qalibləri II mərhələdə bir-biri ilə görüşüblər. Qeyd edək ki, II mərhələdə iştirak etmək hüququnu iştirakçılar arasından 5 nəfər qazanıb.
Yarışın təşkil edilməsinə yaxından dəstək göstərən Cəlilabad rayon Şahmat məktəbinin direktoru Abbas Zülfüqarova, Əli Qafarova və Anar müəllimə dərin təşəkkürümüzü bildiririk.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında ”Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsi çərçivəsində təlim keçirilib

11 aprel 2023- cü il tarixində ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai birliyinin təşkilatçılığı ilə ”Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsi çərçivəsində təlim keçirilib. Təlimdə Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin sədri, layihə rəhbəri Rafət Şirəliyev, ekspert Afiq Məlikov, filialın Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin mütəxəssisi Şəmsi Hüseynov , filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə RİD İctimai Birliyinin sədri və layihə rəhbəri Rafət Şirəliyev açaraq layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat vermişdir. Eyni zamanda o bildirmişdir ki, layihə Cənub regionunda 5 rayonu əhatə edir . Daha sonra layihənin eksperti Afiq Məlikov çıxış edərək Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, ailədaxili zorakılıq, formaları və ona qarşı mübarizə tədbirləri, Azərbaycanda nikah və boşanmalar: mövcud vəziyyət, statistika və s. kimi mövzular tələbələrin diqqətinə çatdırılıb. Təlim tələbələrin aktiv iştirakı və onları düşündürən sualların tədbir rəhbərləri tərəfindən cavablandırılması ilə davam edib. İştirakçıların müxtəlif fikir və təklifləri layihə tərəfindən diqqətə alınıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında tələbələr arasında müsabiqə təşkil olunub

8 aprel 2023-cü il tarixində ADPU Cəlilabad filialının Tələbə Gənclər Təşkilatı ilə Paradoks Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr arasında NHN (Nə? Harada? Nə zaman?) yarışması təşkil olunmuşdur.

Yarışda iştirak edən komandalardan “Trust” l yerin, “Birlik” ll yerin və “İnfiniti” III yerin sahibi olub. Qalib komandalar diplomlarla, digər komandalar iştiraklarına görə sertifikatla təltif olunmuşlar.