Xəbərlər

ADPU-nun Cəlilabad filialında 2023-cü ilin yekun “proqram akkreditasiyası” ilə bağlı iclas keçirilib.

27 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında yekun “proqram akkreditasiyasının iclası keçirilib. Təşkilat komitəsinin sədri, pedaqoji fakültənin dekanı M.A.Rəhimova və üzvlərin iştirak etdiyi iclasda iştirakçıların müvafiq meyarlar üzrə hesabatları dinlənilib və görüləcək işlər barədə müzakirələr aparılıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni ilə” həsr olunan tədbir keçirilib

23 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ” və ” Yeni ilə ” həsr olunan şənlik keçirilib . Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, müxtəlif struktur bölmənin rəhbərləri və əməkdaşları , professor müəllim heyəti və tələbələr iştirak ediblər.
Şənlikdə Cəlilabad rayon Musiqi məktəbindən olan şagirdlərin ” Jengle Bells” və ” Xarıbülbül” rəqsləri izləyicilərə təqdim olunub . Daha sonra filial tələbələrinin hazırladığı “Tiktoker bibinin hədiyyəsi ” səhnəciyi izlənilib. ” Şaxta baba və Qar qız “ın tədbirə gəlişi izləyicilərdə xoş əhval-ruhiyyə yaradıb.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında “Gülüş dəqiqələri-2023” adlı tədbir keçirilib.

22 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Şən Hazırcavablar Klubunun birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Gülüş dəqiqələri -2023” adlı tədbir təşkil olunub.
Tədbirdə müxtəlif struktur bölmənin məkdaşları, professor -müəllim heyəti, müxtəlif ixtisaslar üzrə tələbələr və filialımızın məzunu A.Əsədov iştirak edib.
Tədbirdə ilk olaraq ” ŞHK” klubunun sədri Z.Feyziyeva, müavinlər Ş.Dövlətli, Ş.Məmmədli və klubun üzvləri N.İsmayılov, A.Qurbanov, F.Hüseynov, S.Səfərova, Ə.Sadıqlı, M.Məleykə, Ş.Cahangirlinin birgə ərsəyə gətirdikləri ” Evlənəcəksən Gəl , Xoşqədəm və Elgizlə” adlı səhnəcik izləyicilərə təqdim olunub.
Daha sonra televiziyamızın ən aktual proqramlarından biri olan ” Komedixana” tamaşası əsasında hazırlanan ” Tiktoker ailəsi ” səhnəsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb . Səhnə N.İsmayılov, M.Məleykə, A.Qurbanov, Ş.Dövlətli, Ş.Cahangirli və F.Hüseynov təqdimatında tamaşaçılara nümayiş edilib.
Sonda isə Z.Feyziyeva, N.İsmayılov, Ş.Dövlətli, A.Qurbanov, Ş.Məmmədova, T.Şahbazəliyeva, F.Hüseynov, T.Nurəliyeva, K.Nərminin iştirakı ilə hazırlanan və imtahan sessiyasına həsr olunan ” Tələbələrin kabusu ” adlı səhnəcik izləyicilər arasında xoş atmosfer yaradıb .

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qarabağ Azərbaycandır” adlı şeir müsabiqəsi keçirilib.

19 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan ” Qarabağ Azərbaycandır ” adlı şeir müsabiqəsi keçirilib . Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələblərin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənərək qiymətləndirilib. Nəticələrə əsasən ilk 3 yerin sahiblərini və həvəsləndirmə ilə təltif olunan tələbələrin siyahısını nəzərinizə çatdırırıq.
I yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Əlizadə Nihad Himayət oğlu
II yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Ağaverdiyeva Ceyhunə Hafiz qızı
III yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra Hüseyn qızı
Həvəsləndirmə – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Səfərova Səbinə Oktay qızı , İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Məmmədova Aysun Nizafət qızı
Qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq .

Xəbərlər

Cəlilabad filialında proqram akkreditasiyası ilə bağlı iclas keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında proqram akkreditasiyası ilə bağlı iclas keçirilib . Filialın direktoru, dosent X.H.Sultanlı, Təşkilat komitəsinin sədri , pedaqoji fakültənin dekanı M.A.Rəhimova, professor-müəllim heyətinin iştirakı ilə keçirilən iclasda 2024- cü ildə həyata keçiriləcək “İbtidai sinif müəllimliyi” ixtisasının proqram akkreditasiyası ilə bağlı əldə olunan sənədlər müzakirə edilib. İclasda Təşkilat komitəsinin sədr və üzvləri tərəfindən proqram akkreditasiyasının müvafiq meyar və indikatorları üzrə görülən işlərin nəticə və hesabatları müzakirə edilib.

Xəbərlər

ADPU-nun Cəlilabad filialının kollektivi Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” mərasimində iştirak edib

12 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” münasibətilə ADPU-nun Cəlilabad filialının direktoru dosent X.H.Sultanlı, professor-müəllim heyəti və filialın tələbə kollektivi Cəlilabad şəhəri Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər .

Xəbərlər

ADPU-nun Cəlilabad filialında A.Divanbəyovun “Can Yanğısı” əsərinin mütaliəsi keçirilib

11 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Tədbirlərin Təşkili və Tələbələrlə iş şöbəsi”nin təşkilatçılığı və TGT- nin nəzdində fəaliyyət göstərən “Kitab klubu”nun əməkdaşlığı çərçivəsində “Gəlin mütaliə edək ” başlığı ilə A.Divanbəyovun ” Can yanğısı ” əsərinin mütaliəsi keçirilib.
Mütaliədə “Tədbirlərin Təşkili və Tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Dil ədəbiyyat , pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri , dosent Y. Dadaşlı, kafedranın baş müəllimi Ə.Əmənov , Kitabxana və elektron resurslar şöbəsinin müdiri , Ş.Cəbrayılov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbiri giriş sözü ilə açan TTTİŞ müdiri S.İsmayılova klubun fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb .
Dosent Y.Dadaşlı belə tədbirlərin rolunun böyük olduğunu vurğulayaraq hər zaman mütaliə yolu ilə əsərlərin mənimsənilməsinin şəxsiyyətin şəxsi inkişafında böyük rol oynadığını bildirib .
Dil ədəbiyyat , pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müəllimi Ş.Cəbrayılov, Universitetin kitabxana ehtiyyatinin geniş olduğunu bildirərək, tələbələrə bu imkanlardan istifadə etməyi tövsiyyə edib.
Kitab klubunun sədri F.Mahmudova, klubun müavinləri R.Hüseynova, J.Talıblı qeyd olunan əsərin məzmunu ilə iştirakçıları tanış edib daha sonra əsərin oxucularına maraqlı suallar təqdim edib . Debat şəklində davam edən mütaliə sonda müxtəlif fikirlərin səsləndirilməsi və peşəkar müəllim heyəti tərəfindən sualların cavablandırılması ilə yekunlaşıb .

Xəbərlər

ADPU-nun Cəlilabad filialında Ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsini zəruri edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib

08 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının birgə əməkdaşlığı çərçivəsində Ümummili lider Heydər Əliyevin 100 illiyi münasibətilə kafedranın müəllimi Rüfət Sabirlinin təqdimatında “1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsini zəruri edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, mütəxəssis Nadir Babayev, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirin əvvəlində Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova Ulu öndərə həsr edilmiş silsilə tədbirlərin davam edəcəyini, müstəqil Azərbaycanın bütün sferalarda olan uğurunun dahi liderin uzaqgörən siyasəti nəticəsində mümkünlüyünü bildirib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi R.Sabirli 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edən amillər kimi 1990-cı ildə 20 yanvar hadisəsini, 1988-1994-cü illəri əhatə edən I Qarabağ müharibəsini, 26 fevral 1992-ci ildə törədilən Xocalı soyqırımını, Azərbaycanın parçalanma təhlükəsini, 04 iyun 1993-cü ildə baş verən Gəncə qiyamını, 1993-cü ilin iyun ayında vətəndaş müharibəsi təhlükəsini göstərərək bu aspektdə geniş təqdimat aparıb.
Maarifləndirici görüşün sonunda Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev R.Sabirliyə öz təşəkkürünü bildirərək, ulu öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulayıb.