27 may 2025- ci ildə ADPU-nun Cəlilabad filialında “28 May Müstəqil Günü ” ilə əlaqədar Lənkəran – Astara Regional Gənclər İdman İdarəsinin Cəlilabad rayon üzrə Gənclər İdman Sektoru, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı rayon bölməsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib .
Tədbirdə Tədbirlərin təşkili və tələblərə iş şöbəsinin müdiri S.İsmayılova,Filialın baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə, T.İsgəndərov, mütəxəssis Ş.Hüseynov, Lənkəran – Astara Regional Gənclər İdman İdarəsinin Cəlilabad rayon üzrə Gənclər İdman sektorunun baş məsləhətçisi S.Nəcəfov, Dini qurumlarla iş üzrə Dövlət komitəsinin Masallı rayon bölməsinin baş məsləhətçisi C.Rəşidov, məsləhətçi H.Hümbətov və müxtəlif ixtisaslar üzrə tələblərə iştirak ediblər .
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Vətənpərvərlik” mövzusunda şeir müsabiqəsi təşkil edilib.
27 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Vətənpərvərlik” mövzusunda şeir müsabiqəsi təşkil edilib.
Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənilərək
qiymətləndirilib.
Nəticələrə əsasən ilk 3 yerin sahiblərini nəzərinizə çatdırırıq.
I yer Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını II tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra Hüseyn qızı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Əlizadə Nihad Himayət oğlu.
II yer- İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Məmmədli Gülər İlyas qızı
III yer- Tarix və coğrafiya müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Baxşıyeva Aynur Araz qızı
Qaliblari tabrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Seminarda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbələri olan Əsədova Zeynəb Ziya qızı, Həmidova Pərvin Şamxal qızı, Nəsirli Mədinə Arif qızı, Mikayıl Nihad Orxan oğlu, Rzazadə Müslüm Tahir oğlu çox fəal iştirak edərək müzakirələrdə iştirak ediblər.
Seminarın sonunda sağlam həyat tərzi ilə bağlı video-çarx təqdim olunub.
“ Tələbələrdə sağlam həyat tərzinin formalaşdırılması yolları” adlı elmi seminar təşkil edilib.
22 may 2025-ci il tarixində ADPU –nun Cəlilabad filialında Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Elnarə Ataməli qızı İsmayılovanın “ Tələbələrdə sağlam həyat tərzinin formalaşdırılması yolları” adlı elmi seminarı təşkil edilib. Elmi seminarda kafedra müdiri ə.e Səbinə İsmayılova, kafedranın baş müəllimləri Şöhrət Namazova, Firudin Rzayev, Bəxtiyar Məhərrəmov, Musa Əmiraslanov, Ruslan Niftullayev, müəllim Rüfət Sabirli, elmi katib Nadir Babayev və tələbələr iştirak ediblər. Seminarı giriş nitqi ilə açan kafedra müdiri ə.e S.İsmayılova mövzunun günümüzün aktual məsələlərindən biri olduğunu və bu istiqamətdə tələbələrin maarifləndirilməsinə ehtiyac duyulduğunu vurğulayaraq, seminarın aktiv və diskussiya xarakterli keçməsi üçün tələbələrin də fəal iştirak etməsini təklif edib.
Baş müəllim E.İsmayılova gənc nəsilin sağlam böyüməsi və sağlam həyat tərzinə malik olması, onlara verilən təlim-tərbiyə işlərində mühüm yer tutması müasir dövrdə bu problemə böyük diqqət və önəmin verilməsi, müəllimlərin özlərinin sağlamlıq, valeologiya, sağlam həyat tərzinin mahiyyət və məzmunu haqqında geniş bilik və bacarıqlara malik olması, onları səriştəli şəkildə gənc nəsilə aşılamalarının olduqca əhəmiyyətli bir proses olduğunu qeyd edib. Gələcək müəllimlərdə bu keyfiyyətlərin olması üçün pedaqoji təhsil dövründə onların bu istiqamətdə həm nəzəri şəkildə hazırlanmaları, həm də özlərinin belə bir həyat tərzinə malik olmaları müasir dövrdə aktuallıq kəsb edən problemlərdəndir. E.İsmayılova çıxışında qeyd etdi ki, ali pedaqoji təhsil müəssisələrində tələbələrdə sağlam həyat tərzinin formalaşdırılmasına müsbət təsir və dominantlıq edən bir sıra amillərin (tədris edilən fənlərin potensial imkanları, professor-müəllim heyətinin təsiri, auditoriyadan kənar keçirilən tədbirlər, fəal həyat mövqeyi, zərərli vərdişlərin olmaması və onlardan imtina, fiziki təmrinlər, səriştəli ünsiyyət, stresləri dəf etmə bacarıqları və s. ) təhsil prosesində onların imkanlarından səmərəli istifadə edilməsi mühümdür.
Pedaqoji fakültə dekanlığı tərəfindən qrup nümayəndələri ilə imtahanqabağı təlimatı görüş keçirilib.
20 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültə dekanlığı tərəfindən qrup nümayəndələri ilə imtahanqabağı təlimatı görüş keçirilib. Görüşdə tələbələri maraqlandıran suallar Pedaqoji fakültənin dekanı M.Rəhimova tərəfindən geniş şəkildə cavablandırılıb.
ADPU-nun Cəlilabad filialı və Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
19 may 2025-ci ildə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, eləcə də Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 80 illik yubileyi ilə əlaqədar “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” məqsədilə ADPU-nun Cəlilabad filialı və H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən, c.ü.f.d.,dosent Z.İmrani, struktur-bölmə rəhbərləri, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə a.e.ü.f.d., Çingiz Gülalıyevin “Cəlilabad rayonunun torpaq resursu və ondan istifadə imkanları”, c.ü.f.d.,dosent, Səidə Zeynalovanın “Cənub bölgəsinin regional planlaşdırılması kontekstində “Cəlilabad və Lənkəran rayonlarının geoekoloji potensialı”, e.ü.f.d., dosent İsmayıl Quluyevin “Qlobal səhralaşma fonunda Cəlilabad rayonunun torpaq örtüyünün müasir vəziyyəti və qiymətləndirilməsi”, c.ü.f.d., dosent Etibar Bədəlovun “Lənkəran-Astara iqtisadi rayonunda şəhər əhalisinin
demoqrafik inkişaf xüsusiyyətləri”, c.ü.f.d. Natiq Babayevin “Şərqi Zəngəzur oronimlərinin nominativ təsnifatı”, ADPU-nun Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadənin “ Cəlilabad qədim abidələr yurdudur” mövzularında məruzə çıxışları iştirakçılar tərəfindən dinlənilib.
“Beynəlxalq Ailə Günü” nə həsr olunan tədbir keçirilib.
15 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialı və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü” nə həsr olunan tədbir keçirilib. Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Filialın elmi katibi N.Babayev, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X.Xəlilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu G.İbrahimova, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının pediatrı D.Qurbanov, Filialın baş müəllimləri F.Rzayev, A.İbişov, İ.Bağırov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə Filialın direktoru, dosent X.H.Sultanlı açaraq bu tədbirin ölkəmizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyini vurğulayıb. Eyni zamanda müstəqil Azərbaycanda dövlət, ailə siyasətinin əsas prinsiplərinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Filialın elmi katibi N.Babayev öz çıxışında ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin həyata keçirildiyini söyləyib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı X.Xəlilova Beynəlxalq Ailə Gününün BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunduğunu bildirərək, Azərbaycanın 2008-ci ildən bu ənənəyə qoşulduğunu vurğulayıb.
“ Qədim abidələr yurdu Uzuntəpə : araşdırmalar, təhlillər ” mövzusunda elmi seminarı keçirilib.
13 may 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, Mirzəzadə Ələsgər Ağahəsən oğlunun “ “ Qədim abidələr yurdu Uzuntəpə : araşdırmalar, təhlillər” mövzusunda elmi seminarı keçirilib.
Elmi seminarda Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, AMEA-nın Arxeologiya və Antropologiya institutunun tarix elmləri üzrə doktoru V.Mahmudova, kafedranın baş müəllimləri Ş.Namazova, F.Rzayev, Dil – ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi M.Qasımov, müəllim F.Əzimov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı açaraq seminarın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb.
Daha sonra baş müəllim Ə.Mirzəzadə elmi seminarın əsas mövzusu olan Uzuntəpə ərazisində tapılan tarixi abidə və avadanlıqlardan geniş şəkildə tədbir iştirakçılarına bəhs edib.
Elmi seminarın sonunda AMEA-nın Arxeologiya və Antropologiya institutunun tarix elmləri üzrə doktoru V.Mahmudova tədbirin çox gözəl şəkildə təşkil olunduğunu vurğulayaraq tədbir iştirakçılarına uğurlar arzu edib.
Elektron Təhsil Tələbə Kredit Fondundan aparıcı mühasib K.Əliyev, ADPU-nun Cəlilabad filialında maarifləndirici görüş keçirib.
12 may 2025-ci ildə Elektron Təhsil Tələbə Kredit Fondundan aparıcı mühasib K.Əliyev, ADPU-nun Cəlilabad filialında maarifləndirici görüş keçirib. Tədbirdə Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, Elektron Təhsil Tələbə Kredit Fondundan aparıcı mühasib K.Əliyev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, mütəxəssis Ş.Hüseynov, Məzun koordinasiya və karyera üzrə mütəxəssis R.Sabirli, Pedaqoji fakültənin tyutoru A.Qasımova və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Görüşdə əsas məqsəd tələbələrə Təhsil Tələbə Kreditinə müraciət formaları barədə daha dolğun məlumat vermək təşkil edib. Görüş diskussiya xarakterli davam edib və tələbələrə maraqlı olan suallar aparıcı mütəxəssis tərəfindən cavablandırılıb.
“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü”nə həsr olunan “Heydər Əliyev Müasir Dövlət Gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.
7 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialı, Cəlilabad rayon Heydər Əliyev mərkəzi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü”nə həsr olunan “Heydər Əliyev Müasir Dövlət Gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Filialın daxilində sərgi təşkil olunub. Sərgidə Ümummilli liderin həyatından bəhs edən şəkil və posterlər tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru O.Sadatova, Cəlilabad rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi S.Əsgərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsinin məsləhətçisi H.Hümbətov, bələdçi T.Ağayeva, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Ulu Öndər Heydər Əliyevin beş dəfə keçmiş SSRİ-nin “Lenin” ordeni ilə, “Qırmızı Ulduz” ordeni və çoxsaylı medallarla təltif edildiyini, həmçinin iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görüldüyünü vurğulayıb.
Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru O.Sadatova, Cəlilabad rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi S.Əsgərov tədbirlə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda Ümummilli liderə həsr olunan video-çarx izlənilib.
Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin tələbələri 10 may Psixoloqlar gününə həsr olunmuş “Ruhumuzun günü ” adlı tədbir həyata keçiriblər.
7 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialının Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin tələbələri 10 may Psixoloqlar gününə həsr olunmuş “Ruhumuzun günü ” adlı tədbir həyata keçiriblər.
Tədbirdə Dil – ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi A.Səlimzadə, müəllim F.Əzimov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi E.İsmayılova ,İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, Pedaqoji fakültənin tyutoru A.Qasımova və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə “TSPX24” qrupunun tələbələri Ə.Rüstəmov, E.Həsənov, M.Rəhmanzadə, E.Məmmədova, F.Sadıqova, A.Əlizadə, İ.Həsənova, N.Abiyeva, A.Əliyeva tərəfindən təşkil olunan səhnəciklər tədbir iştirakçıları tərəfində maraqla qarşılanmışdır. Tədbir müəllimlərin xoş fikirləri və təəsüratları ilə yekunlaşmışdır.










